Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"

  • 13 avq 2019, 19:04

"Demokratik.Az" bildirir ki, Göygöl rayonunda yekunlaşan qalmaqallı məhkəmə prosesinin səsyazısı yayılıb.

Səsyazısı cari il fevralın 15-də qeydə alınıb. Həmin tarixdə "Bakı-xəbər" qəzetinin ştatdankənar müxbiri Məhəmmədəli Qəriblinin "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğluna qarşı "şərəf və ləyaqət" davası üzrə iddiaya baxılıb. Həmin gün iş təzələnib. Belə ki, iddia tələbinin tam şəkildə rəddini istəyən və öz növbəsində geniş məzmunlu qarşılıqlı iddia ilə M.Qəriblinin özünə qarşı 100 min (yüz min) manat təzminat davası açan Nərimanoğlu həm də iddiaçı kimi tanınıb.

Osman Nərimanoğlunun məhkəmə günü dediyi kimi, məhkəmədə gözlənilməz hal da yaşanıb. Şər-böhtanı özü ilə gəzdirən M.Qəribli hakim qarşısında da aponentini şər atmaqla üstələməyə çalışıb. Amma, qazandığı üstünlük həyasızlıq və vay-şivənlikdən qırağa çıxmayıb.

Bildirək ki, Qəribli uzun sürən məhkəmə prosesinə cəmi bircə dəfə qatılıb. Onda da nəinki özünün iddiasını əsaslandıra, müdafiəsini təşkil edə bilməyib, heç özünü prosesdə normal apara bilməyib. Səsyazıdan da göründüyü kimi, Qəribli nə öz iddiasının nə də qarşılıqlı iddianın mahiyyətini anlamayacaq dərəcədə savadsızlıq göstərib. Gah qışqırıb ki, Osman Nərimanoğlu "reket"di, gah deyib ki, sənədlər Bakıya göndərilməlidi, gah da qorxduğunu deyərək tərəfi təxribatçı adlandırıb. Güya Osmanın qoçu dəstəsi məhkəmədən çıxan kimi Qəriblini döyəcəklərmiş kimi şou da göstərib. Hakimə bildirib ki, qorxur və təhlükəsizliyi təmin edilməlidir. Adam əməlli-başlı dəngəsiz və rabitəsiz nitq sözlədikdən sonra, məhkəmənin önündə də bir şəkil çəkdirib və aradan çıxıb.

Qəribəsi o olub ki, M.Qəribli məhkəmədə iddiasını kənara ataraq Mətbuat Şurasını tərifləməklə məhkəmənin vaxtını alıb. Sakitliyə riayyət etməyib, yenə qarşı tərəfə təhqiredici adekvat ifadələr işlədib. Qəriblinin naməlum iribuynuzlu məmurları da savunması məhkəmə iştirakçıları üçün gülməli və yaddaqalan olub.

Xatırladaq ki, həmin gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının sədri Müşviq Ələsgərli "Bakı Xəbər"də Qəribliyə aşkar dəstək nümayiş etdirmişdi. Bu səbəb də, Müşviq Ələsgərlinin tərəfkeşliyi iddiaçı üçün məhkəmə işinə basqı və şübhə predmeti hesab edilmişdi. 

Bildirək ki, iş üzrə yekun qətnamə artıq çıxarılıb. Qətnamənin mahiyyətindən də bir şey anlamayan M.Qəribli Osman Nərimanoğluna qarşı yenə anlaqsız və qərəzli hücumunu davam etdirir. 

"Demokratik.Az" saytının rəhbəri də müvafiq qətnamə ilə razılaşmır və apellyasiya şikayəti verəcəyini istisna etmir...

Demokratik.Az

Oxşar xəbərlər