"Azərsu" Su-kanalizasiya xidmətinin maya dəyərinin orta satış qiymətindən 76% çox olduğunu deyir

  • 31 iyul 2019, 18:43

2018-ci ildə "Azərsu” ASC-nin təklif etdiyi 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1,3 manat, orta satış qiyməti isə 0,74 manat olub.

"Report” xəbər verir ki, qurumun ötən ilin yekunlarına dair maliyyə hesabatında bildirilir.

Beləliklə, ötən il "Azərsu”yun xidmətinin maya dəyəri orta satış qiymətini 0,56 manat və yaxud 75,7% üstələyib.

Xatırladaq ki, 2017-ci ildə bu fərq 0,67 manat və yaxud 90,5% təşkil etmişdi. Əvvəlki il qurumun 0,74 manata satdığı xidmət ona 1,41 manata başa gəlmişdi. Başqa sözlə, xidmətin maya dəyəri 7,8% azalıb.

Oxşar xəbərlər