Poroşenko: "Putini sevindirməyəcəm"

  • 30 iyul 2019, 12:32

"Gizlənməyəcəm və bu cür fəaliyyətlərlə Rusiya prezidenti Vladimir Putini sevindirməyəcəm".

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş krezidenti Poroşenko yerli mediaya müsahibəsində danışıb.

"Mən həqiqətən Ukraynanı tərk edib gizlənsəydim, Putinə böyük hədiyyə vermiş olardım. Bunu isə istəmirəm. Putin mənim əsas rəqibimdir. Heç kimdən gizlənmək fikrim yoxdur”, - Poroşenko bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna prezidenti Pyotr Poroşenkonun Türkiyəyə getməsi ilə bağlı xəbər yayılmışdı.

Oxşar xəbərlər