Xəbər lenti
Bütün xəbərlər

Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?

  • 10 iyul 2019, 14:17

"Demokratik.Az"-ın elektron pooçtuna Gəncə şəhəri 3 saylı Peşə Liseyində tuğyan edən korrupsiya və rüşvət faktları ilə müşaiyyət olunan məktub daxil olub. Bir qrup narazı müəllimin adından yazılmış şikayət məktubunda Liseyin direktoru İsmayılov Fazil İsmayıl oğlunun 1 və 2  nömrəli Gəncə Peşə məktəbinə də rəhbərlik etdiyi, tutduğu vəzifələrdə buraxdığı ciddi nöqsanlar qeyd edilir.

Fazil İsmayılovun karyerasına da işıq salan məktubda onun Gəncə Dövlət Universitetinin "Ümumi  texniki fənlər və əmək" ixtisasını bitirməsi və tədris emalatxanasında tədris ustası vəzifəsində işləməsi qeyd edilir. Bundan başqa, dosent Oqtay Məmmədliyə hazır dissertasiya  işi  yazdıraraq iqtisad elmləri namizədi elmi dərəcəsini alması ifşa edilir.

Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə xitabən sadalanan özbaşınalıq hallarında bildirilir ki, Fazil İsmayılov 3 nömrəli Gəncə Peşə Litseyinə direktor təyin edilən kimi laborant Lalə Əliyevanı qeyri-qanuni maddə ilə işdən azad edib və işçi bununla bağlı məhkəmə qaydasında sonradan öz işinə bərpa olunub. Lakin, sonradan Fazil İsmayılovun davamlı təhqirlərinə dözə bilməyərək öz ərizəsilə işini itirib.

Bundan başqa, o da iddia edilir ki, Fazil İsmayılov dərs hissə müdiri Elmir  Rzayevi, tədris və istehsalat işləri üzrə direktor müavini Azər Rəhimovu, mühasib Azəri Nəzakəti də məcburi olaraq işlərindən azad etdirib. Mühasib Azəri Nəzakəti işdən azad edib yerinə təyin etdiyi Günay Heydərovanı isə bir müddət sonra qanunazidd tələbləri nəticəsində işdən uzaqlaşdıra bilib.

"Demokratik.Az"-a daxil olan məktubda o da bildirilir ki, Fazil İsmayılov 2 nömrəli Gəncə Peşə məktəbinin tədris və istehsalat işləri üzrə direktor müavini Vaqif Göyüşovdan prokurorluğa və polis orqanlarına yersiz şikayətlər edərək Vaqif Göyüşovun da işdən uzaqlaşdırılmasına çalışıb. Məqsədinin isə təqaüd kartlarını mənimsəmə olduğu qeyd edilir.

Məktubda Fazil İsmayılovun rəhbərlik etdiyi lisey və peşə məktəblərində davamiyyətin və tədrisin keyfiyyətinin aşağı olduğuna diqqət ayrılır. Xüsusilə də, məqsədli şəkildə dərslərdə iştirak etməyən 200-dən artıq tələbənin təqaüd kartının ilbuyu direktor Fazil İsmayılovda toplanması iddia olunur. Liseydə direktorun müxtəlif maxinasiyalarla "pul yeməsi" faktı qeyd edilir. Belə ki, direktor maliyyə pozuntusuna gedərək tələbələri təhsildən azad etmiş, lakin hər birinə təqaüd yazaraq pulunu mənimsəmişdir. Bu barədə Fazil İsmayılovun verdiyi qanunsuz əmrlərin olması göstərilir. Hətta, sübut kimi o da qeyd edilir ki, mühasibatlıqla Kapital Banka gedən maliyyə sənədlərinin heç biri üst-üstə düşmür. Fazil İsmayılovun dövlət tərəfindən verilmiş mal-materialları da mənimsəməsi, ayrı-ayrı inventar və sair özünə məxsus tikinti materialları mağazasında satdırması qeyd edilir. .

Məktubda Fazil İsmayılovun həm də məişət pozğunu olduğu, dəfələrlə uğursuz ailə həyatı qurması, yaşadığı qeyri-nümunəvi həyat tərzi də qınaq hədəfi edilir.

Qeyd edilir ki, bu şəxs tələbələrin kartlarını-pullarını özünə götürdüyünə görə dəfələrlə prokurorluğa çağırılıb, lakin cəzalandırılmayıb. Nəticədə yeni yaradılacaq mərkəzə də direktor təyin olunmaq üçün həvəslənib.

Aşağıda adları qeyd olunan tələbələrin təqaüd kartlarının Fazil İsmayılovda olması, tələbələrə verilən təqaüdlərin məhz onun tərəfindən mənimsənilməsi iddia olunur.

"Bərbər-vizajist-manikürçü" ixtisası üzrə 12 nömrəli qrupda

Alıyeva Mələk Bakir qızı

Bayramov Eltac Rasim oğlu

Ələsgərova Günel Yalçın qızı

Əliyeva Rahidə Vahid qızı

Həmzəyeva Elnada Zabit qızı

İsmayılova Aytac Çıngiz qızı

Məmmədov İlkin Rəfayıl oğlu

Rzayeva Şəfəq Vüqar qızı

Xəlilov Cavid Cahid oğlu

Xəlilova Lətafət Tarif qızı

Yusifzadə Ulduz Rəfayıl

"Geyim üzrə dizayner" 13 nömrəli qrupda 

Abdullayeva Aysel Azər

Aslanlı Ləman Elməddin

Əhmədova Nərmin Elman

Kazımova Ayşən Nizami

Kərimov Əli Nüsrət

Məmmədli Mələknisə Zabil

Minumilin Murad Xxxx

Qasımov Rufan Nail

Quliyev Mahal Arif

Qurbanov Emil Elsevər

Yusifova Zümrüd Eldar

Zamanov Xanlar Əli

Zamanova Gülnarə Hüseyn

Hüseynova Dilarə Namiq

"Turizm agenti" 14 nömrəli qrup

Əliyeva Rahilə Rövşən

İsgəndərli Həmid Daşqın

Məmmədov Elvin Allahverdi

Oricov Nail Namiq

Qasımov Kamran İlham

Quliyev Nurxan Şahin

Vəlizadə Tofiq Arzuman

Verdiyev Xəyal Arzu

Verdiyeva Vəfa Firdovsi

"Kompüter operatoru" 10 nömrəli qrup

Allahverdiyev Ramal Vasif

Bağırov Aypara İlkin

Cavadov Ruslan Aslan

Cəfərov Ənnağı Nizami

Əhmədov Tural Zaur

Əsədov Valeh İlqar

İbrahimov Göydəniz Elnur

İsayev Mehti Fizuli

İsmayılov Əhliman Ruhlan

Kərimov Elvin Ələmşah

Nağızadə Saleh Rəşid

Orucov Əmirxan Elqədir

Quliyev Valeh Rafiq

Bədəlov Fuad Məzahir

Səfərov Sənan Ziyad

Zalquluzadə Kəramət Mahir

Budaqova Əfsanə Xəlil

"Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator" ixtisasında 11 nömrəli qrupda 19 nəfər şagirddən 15 nəfərin,

"Bərbər-vizajist-manikürçü" ixtisasında 32 nömrəli qrupda  20 nəfər şagirddən  11 nəfərin 

"Mebel ustası" ixtisasında 31 nömrəli qrupda 19 nəfər şagirddən 18 nəfərin təqaüd kartı Fazil İsmayılovdadır" - deyə məktubda iddia edilir.

Hesab edirik ki, yuxarıda sadalananlar olduqca ciddi ittihamlardır və bu faktlar araşdırlımalı, hüquqi qiymətini almalıdır. Çünki, Gəncə Dövlət peşə təhsil mərkəzinin direktoru Fazil İsmayılovun korrupsiya əməlləri və özbaşınalıqları barədə oxşar xəbərlər bundan öncə də yayılıb və təkzib edilməyib. 
Ümid edirik ki, Baş Prokurorluq orqanı və təhsilə məsul şəxslər Fazil İsmayılovun dədə mülkü kimi idarə etdiyi hər 3 təhsil müəssisəsində alovlanmış süni korrupsiya və biabırçılıqların durdurulmasına maraqlı olacaqlar...
Adıkeçən hər kəsin söz haqqını tanıyırıq!
Demokratik.Az
Oxşar xəbərlər