Fuad Abbasov Bakıda belə qarşılandı

  • 26 iyun 2019, 11:21

Bu gün axşam saatlarında Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovu gətirən təyyarə saat 23:11-də Heydər ƏliyevBeynəlxalq Aeroportuna eniş edib. "Report” xəbər verir ki, onu hava limanında yaxınları və ictimaiyyət nümayəndələri qarşılayırlar.

Rusiyanın bir neçə azərbaycanlı icması Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayəti Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Azərbaycanlı jurnalist və vəkilləri ilə Ximki Şəhər Məhkəməsinin müvafiq qərarından şikayət veriblər.

Qeyd edək ki, Moskvadan deportasiya olunan Fuad Abbasov artıq Bakıya çatıb. Onu gətirən təyyarə 22:10-da Bakıya enib.

Jurnalist azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu dedi: "40 gün qapalı vəziyyətdə qaldım. Dünən axşam soruşdurma oldu. Bu sabah gözlənilmədən xəbər çıxdı ki, azadlığa çıxıram”.

F.Abbasov bildirdi ki, dincəlib özünə gələndən sonra mətbuat konfransı keçirəcək: "Baş verən qanunsuzluqlarla bağlı məhkəmə yolu ilə həll edəcəm. Səhhətim qaydasındadır. Heç bir problem yoxdur. 12 gün boyunca aclıq aksiyası oldu. Bundan sonra da jurnalist fəaliyyətim olacaq. Daha güclü şəkildə davam edəcək”.

F.Abbasov media nümayəndələrindən bir neçə gün icazə istəyərək, yaxın zamanda mətbuat konfransı keçirəcəyini bildirdi: "Çox ağır dönəm keçirmişəm. Bir-iki gün icazə verin özümə gəlim, bütün suallarınızı keçirəcəyim mətbuat konfransında cavablandıracam”.


    

Oxşar xəbərlər