Türkiyədə terror planı - İŞİD silahlıları tutulub

  • 30 may 2019, 13:58

Türkiyənin cənubunda, Adana əyalətində İŞİD terror qruplaşmasının 14 silahlısı saxlanılıb.

Trend-in məlumatına görə, tutulanlar arasında qadın da var. Silahlıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.

Terrorçuların saxlanılması ilə bağlı əməliyyat əvvəlcədən plana uyğun şəkildə aparılıb.

Saxlanılanların Adananın müxtəlif hissələrində terror aktları planlaşdırdıqları məlum olub.

Daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlarda Türkiyə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi.

Oxşar xəbərlər