Xəbər lenti
Bütün xəbərlər

“Azərbaycanda eşşəyə 40, fəhləyə 8 manat ayrılır…”

  • 09 may 2019, 09:05

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qalmaqal yaradacaq açıqlama ilə çıxış edib.

İnstitut direktoru rəhbərlik etdiyi qurumun qarşılaşdığı problemlərlə bağlı ONA-ya danışarkən deyib ki, arxeoloji qazıntılar zamanı işçi qüvvəsi tapmaqda çətinlik çəkirlər: "Ən böyük problemimiz fəhlə problemidir. Arxeoloqlara beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarımız yoxdur. İkinci problemimiz isə fəhlələrə ayrılan puldur. Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır”.

1557312970_1502899377_maiseM.Rəhimovanın açıqlamasından məlum olub ki, Azərbaycanda aparılan arxeoloji qazıntlar zamanı eşşəklərə insandan daha yüksək məbləğ ödənilir: "Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin – istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var”.

Oxşar xəbərlər