Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Deputat Rüfət Quliyev həm də Ukrayna vətəndaşı imiş - Fotofakt
Deputat Rüfət Quliyev həm də Ukrayna vətəndaşı imiş - Fotofakt
- 23 apr 2019, 09:09
Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin 2-ci turunda səs verdiyi bildirilir.
Bu haqda məlumatı diasporpress.az yayıb. Sayt həmçinin deputat Rüfət Quliyevin Ukrayna seçkilərindəki səsvermədə iştirakını əks etdirən fotoşəkilləri də dərc edib. Quliyevin bu ölkədə keçirilən seçkilərdə səs verməsi isə onun həm də Ukrayna vətəndaşı olduğunu təsdiqləyir.
Azərbaycan qanunvericiliyi isə ikili vətəndaşlığı qadağan edir və bu qadağanın pozulması hüquqi məsuliyyət yaradır. İndiki halda isə Azərbaycanın sıravi bi vətəndaşının deyil, Milli Məclisin deputatı kimi yüksək statusa malik Rüfət Quliyevin qanunvericiliyin bu tələbinə məhəl qoymadığı üzə çıxıb. Müvafiq dövlət qurumlarının bu faktı diqqətlə araşdıracağı və qanuna uyğun şəkildə tədbir görüləcəyi gözlənilir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Eldar Mahmudovun daha bir ortağı üzə çıxdı
Deputat sələmə pul verir?-İDDİA
Sələmçi deputatla bağlı araşdırma başlayır
Müğənni Rüfət Axundova vəzifə verildi
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rüfət Səfərovun vəkili jurnalistlərə müraciət etdi
Qanuni oğru Rüfət Gəncinski Bakıya gətirilir
DTX açıqladı: "Mədət Quliyevin sosial şəbəkələrdə hesabı yoxdur"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti