“Diqlas” ticarət mərkəzi bu iş adamına məxsus imiş – RƏSMİ

  • 28 mart 2019, 08:26

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazidəki "Diqlas” Ticarət Mərkəzi yanıb.

Məlum olub ki, "Diqlas” ticarət mərkəzi iş adamı Araz Rəhimova məxsusdur. Sahibkar həmçinin yaxınlıqda yerləşən "Lotos” ticarət mərkəzinin də sahibidir.

"Diqlas” adı ilə Vergilər Nazirliyində iki qurum – "Diqlas Kvant” və "Diqlas 2” MMC-lər mövcuddur. Hər iki MMC-nin qeydiyyat ünvanı eynidir və hüquqi şəxsdir.

"DIQLAS 2” Məhdud Məsuliyyətli Cəmiyyəti 19 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi iş adamı kimi tanınan Rəhimov Araz Nüsrət oğludur. (unikal)

Oxşar xəbərlər