Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb

  • 20 mart 2019, 13:32

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri, dilə gətirilən problemlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib. Belə ki, şəhər sakini Tamella Əmirovanın vətəndaş qəbulunda qaldırdığı məsələnin dərhal və yerində araşdırılması üçün şəhər icra hakimiyyəti başçısının göstərişi ilə komissiya yaradılıb. Niyazi Bayramovun rəhbərliyi ilə komissiya üzvləri Nizami rayonu, Atatürk prospekti, ikinci döngə ev 15-də olublar. Şikayətçinin sözlərinə görə vaxtı ilə ərazidə aparılan söküntü və yol düzləşdirilməsi səbəbilə buradakı evlər çökəkdə qalıb. Bunun da nəticəsində yağış suları evlərin həyətlərinə və mənzillərə dolur. Vətəndaş həmçinin ərazidəki antisanitar vəziyyətdən də şikayətçi olub. Ev və ətraf ərazidəki vəziyyətlə tanış olan şəhər rəhbəri, mövcud problemin dərhal aradan qaldırılması üçün tapşırıqlar verib. Görtərişə uuğun olaraq əraziyə xüsusi texnika və MKTİB-nin əməkdaşları cəlb olunublar.

Bununla yanaşı şəhər gəzintisinə çıxan Niyazi Bayramov, sakinlərlə görüşüb. Onları Torpaq Çərşənbəsi və Novruz Bayramı münasibətilə təbrik edib, bol ruzi bərəkət arzulayıb. Gəzinti zamanı sakinlərin şikayət və təkliflərini dinləyən şəhər rəhbəri, dilə gətirilən problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.


Oxşar xəbərlər