PA rəsmisi: "Azərbaycan dövləti dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir"

  • 05 mart 2019, 13:32

"Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmini ölkəmizin daxili siyasətinin tərkib hissələrindədir”.

 

 

 

 

 

 

 

 

 

"Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır: "Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmini ölkə qanunvericiliyində öz əksini tapıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi ölkədə milli etiqad azadlığı ilə yanaşı bütün din və məzhəblərin qanun qarşısında bərabər olması qeyd edilməlidir”.

PA rəsmisi qeyd edib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır: "Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udin kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib”.

E.Nəcəfov deyib ki, Azərbaycanda tolerantlıq mühitinin daha da gücləndirilməsi daim dövlətin nəzarətində saxlanılır.

O əlavə edib ki, Azərbaycanda dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhəblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasına səbəb olub.

Oxşar xəbərlər