"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)

  • 16 fev 2019, 19:08

Bakının Binəqədi rayon ərazisində ağacların kəsilməsi sakinlərin etirazına səbəb olub. 


Demokrat.az xəbər verir ki, sakinlər binanın həyətində ağacları kəsən şəxslərə qarşı öz etirazlarını bildiriblər. Ancaq sakinlərin etirazı ərazidə ağacların kəsilməsinə əmr verən məsul şəxsi bu əməlindən çəkindirməyib. 


Sözügedən şəxs özünü belə təqdim etmədən "a kişi, kəs! sənin müdirin mənəm, budu"?" deyə fəhlələrin üzərinə çığırıb. 


Daha sonra ağaclar insanların gözü qarşısında kəsilib. 


Oxşar xəbərlər