"Demokratik.Az"-a HÜCUM! Amaşovun "ŞƏR MAŞASI" yenə tatamiyə atıldı ?

  • 24 yan 2019, 22:03
"Demokratik.Az"-a REPRESSİV HÜCUMLAR DAVAM EDİR - AMAŞOVUN HƏBSDƏN BAYIRA ATDIRDIĞI SAVADSIZ "ŞƏR MAŞASI" YENƏ TATAMİYƏ ATILIB...

Əflatun Amaşov və M.Qəribli qol-qola...

Dəyərli dostlar! Son aylarda Mətbuat Şurası rəhbəri olduğum kiçik və müstəqil media orqanına və şəxsimə qarşı "rəngli hücum taktikaları"nı açıq müstəvidə davam etdirir. Bu barədə dəfələrlə fikirlərimi sizlərlə bölüşməyə çalışmışam. Haqq səsimi ucaltmışam. Buna nə qədər nail olmuşam, haqlı, yoxsa haqsızmı görünürəm, deyə bilmərəm. Amma, yaramazlığı, özü kişi şalvarı geyinsə də, özgə evin kişilərinə yarınmağı yaşam tərzi seçən müstəsna rəzilləri hələ ki, anlaya bilmirəm. Əslində anlasam da, belələrini ilan kimi qələmə dolayıb, onun-bunun üstünə fısıldadan tütəkçalanları sinirə, bağışlaya bilmirəm. "Bu canlılar onsuz da "fəlsəfi yoxluqdur" deyib, beləcə, çətinliklə öz haqq yoluma davam edirəm...

Dəyərli dostlar!

Mənim MŞ-yə alıb-verəsi bir maddiyyatım onsuz da yoxdur. Dava-dalaşım və mənəvi mübarizəm bəzi Müşviqləri, Azərləri, Aydınları və başlarındakı deputat Əflatun Amaşovu mənim adımdan və fəaliyyətimdən özlərinə haram gəlir - divident ummamağa çağırmaq, səmimiyyətə sövq etməkdir. Mövcud zərərli vərdişlərini özləri kimi hər kəsə duyurmaqdır. Etdiklərinin müasir mediamız adına birbaşa mənfi təsirini, çıxardıqları bəzi qərarlarındakı nöqsanlarını nümayiş etdirib, özfəaliyyətlərini, süni basqılarını durdurmaq üçün tövsiyyə və təkliflərimi verməkdir. Anlaşılan, bəziləri kimi mənim də MŞ-yə tuşladığım xoş niyyətim uğursuzluğunu yaşamaqdadır. Alınmır ki, alınmadı. Alınsa idi, sonda, mənə qarşı "əzələ sirk"i MŞ idarə heyəti səviyyəsində baş verməzdi. Daha böyük ədalətsizlik "zəfər" çalıb, əsassız olaraq "Demokratik.Az"-ın adı media qənimlərinin yaratdığı qondarma "qara siyahı"ya salınmazdı. Bir qurum ki, özünün qəbul etdiyi nizamnaməni tapdaya, absurd qərarlara imza ata, nə deyəsən?! Ancaq, məni qeyzləndirən təmiz adımın (Demokratik.Az-ın) MŞ-nin tərtib etdiyi "qara siyahı"ya salınması deyil, çünki məmur sifarişi və kin-kidurətlə sıralanan o "reket" listəyə yalnız özlərinin hörmət qoyduğunu cəmiyyətdə mən daxil, artıq hər kəs bilir. Bu siyahının adının qaralığı nə saf vicdanımı, nə dövlətçilik əqidəmi, nə də fəaliyyətimi əsla ləkələmir. Əsas təəssüfüm o ki, MŞ-nin mənə qarşı aşırı qərəzində maşa rolunda iştirak edən "Bakı Xəbər" qəzetinin savadsız müxbiri Məhəmmədəli Qəribli adlı bir zekin və Göygöl SSİ-nin yarıtmaz rəisi İlqar Məhərrəmov kimi bir dost-qohum satqınının varlığı meydan sulayır...

"Bu qurum gərək qarşıma daha kəramətli və daha səviyyəli adamlarını çıxardaydı,.." - düşüncəsi məni incidir... Amma, "əgər varıydısa.." deyib təsəlli edənlərim də var!..

Dəyərli dostlar! Gec də olsa artıq anlamışam ki, Mətbuat Şurası zaman-zaman öz çirkin fikir və məqsədlərini dolayı işlərlə özlərinə kölə etdikləri adamların əli ilə həyata keçirirlər. Ki, medianın inkişafına düşmən mahiyyətlərini, milyonları qamarlamalarını, özləri tox olub başqalarının ac qalmalarını başqa adlar altında pərdələyə bilsinlər. Ev verirlər, özləri bilən məsləhətdir, pul ayırırlar, kimə istəyirlər saysınlar, onu da özləri bilər. Bu şeyləri nə yazıqlar ki, bugünədək onsuz da bizsiz bacara biliblər. 
Dəyərli dostlar! Mənim və "Demokratik.Az"-ın hörmətdən salınması ətrafında cərəyan edən cəhdlər həyasızlığın pik həddi və mediaya qarşı manqurt psixologiyasının modern Azərbaycan nümunələrindən biri ola bilər. 
Dəyərli dostlar! Anlayanlar əslində baş verənləri mənsiz də anlayır deyə, qısa yazıb, deməli olduğumun sonunu gətirim. 
Xeyli müddət əvvəl adını çəkmək belə istəmədiyim zek müxbirin tərbiyyəsiz və təhqiredici bir statusu ilə aramızda söz "atışması" baş verdi. Münasibətlər kəskinləşdi, kənar araşdırmalara, müdaxilələrə ehtiyac yarandı və sair. Öncəsində olayın sağlam polemika şəraitində davam edib bitəcəyini düşünsəm də, adını Məhəmməd peyğəmbərə və imam Əliyə xatir çəkməyə belə utanacağım zırramanın əsl iç üzü açıldı. Qəribli deyə birinin kimliyi, 2000-ci illərdə Bakıda Naxçıvanlı podelnikləri ilə əslən də naxçıvanlı olan Etibar adlı həmyerlisinin kafesini yandırdığına görə, 2011-ci ilədək məhbəs həyatı yaşadığı bəlli oldu. O da bəlli oldu ki, adam srokunun 2-3 ilini çəkməmiş azadlığa bir az tez çıxıbmış. Deyəcəyim müəmmalı məsələ elə buna dairdir. 
Bu kənd uşağı azad olunan kimi, bir müddət sonra "Bakı Xəbər"ə - Aydın Quliyevə sığınır və müxbirliyə başlayır. Ona jurnalist vəsiqəsi verənin seçimində niyə məhz bir məhkuma üstünlük verildiyi bir yana, özünü tanışlarına "Hürriyyət"in də köhnə əməkdaşı kimi də sırımaqda olan bu adam son illərdir adını trolluq fəaliyyətilə, şəxsiyyət əlehinə təhqiredici statuslar yazmaqla məşhurlaşdırıb. Adam siyasətçi, ziyalı, varlı, kasıb tanımır, kimi söymək lazımdısa ona sifarişçiləri, hamiləri tanıdır, göstərir, deyəsən. Necə ki, mənə qarşı böhtan-təhqir qonaqlığında süfrənin başında masabəyi olaraq oturdulduğu kimi...
Bu adamla aramızda yaşanan kəskin yazışmalar Mətbuat Şurasının idarə heyətinin üzvü - "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin və Əflatun Amaşovun onu dəstəkləməsi ilə sonuclandı. Bu da əvvəldən gözlənilən idi. Təsəvvür edin ki, "qara siyahı"ya salınma qərarında da bu MŞ işverəninin böyük rolundan istifadə olundu. Hətta, onun təsis etdiyi qondarma Azinforum.Az saytı da bu oyunda öz mükafatını aldı. Sayt tələblərə cavab verməsə də, mənə qarşı qərar günü MŞ-nin rəsmi bir üzvünə çevrildi. (01 noyabr 2018) Elə mənə qarşı məmur şikayəti də həmin gün "obijniklər"im tərəfindən savadsızca düz-qoş edilmişdi. Baş verənlər sizcə təsadüflərdirmi, əlbət ki, xeyir, deyəcəksiniz...
Çünki əsas sədədə gəldim. Bilməyənlərin diqqətinə çatdırmağım mütləq və vacibdir. Bu Qəriblinin durmadan mənə qarşı öz səviyyəsində hop-gop etməsi, məhkəmə və xəstəxana şouları düzənləməsi Mətbuat Şurasının ona sifarişi ilə bağlıdır. Bu artıq ortaya çıxıb...
Sən demə, 2010-cu ildə bu kafeyandıranın vaxtından əvvəl azadlığa atılmasının səbəbkarlarından biri məhz, deputat cənab Əflatun Amaşov olub. Bu Qəriblini azadlığına qovuşduran MŞ sədrinin ta kəndisidir. İnanmayanlar gedib bu iddianı cənab Amaşovun özü ilə də dəqiqləşdirə bilər. İnanıram ki, mənə qarşı təşkil etdikləri qondarma iclasda üzümə etiraf etdiyi kimi, cənab sədr hər kəsə bu həqiqəti qorxmadan və utanmadan təsdiqləyəcək. Onu da təsdiqləyəcək ki, qəriblinin cəza çəkdiyi 11 saylı cəzaçəkmə müəssisəsinin naxçıvanlı rəisi Məmmədəli də dostluq etdiyi və illərlə içəridə "siyasi məhbus" adı almağa çalışmış dostuna xarakteristika yazarkən kimlərin xahişini əsas götürmüşdü, buraxılmasında hansı hallar nəzərə alınmışdı.?..
Sonda, bunların hamısına məsləhətim var. Ucuzlaşmaq və məhkəmələrdə əməllərinə cavab verməkdən qorxmamaq üçün kimsəni təhqir etməsinlər. Məndən və media orqanımdan əl çəksinlər. Belə dolanbac fırlanışlarla şəxsimi kimsə qorxuda bilməyəcək. 
Əflatun Amaşov cənabları isə, fərdlərə hücum edərkən, həbsdən azad etdirib deyə, hansısa zavallını "sənə 2020-də ev də verəcəyik!" vədilə quluna - köləsinə çevirməsin, mənim üstümə cumdurmasın. Axı, meymun meymunluğu ilə etdiklərindən sonda özü də bezir... O da qala "jurnalist".. 
Şəsxən mən bir ondan qorxuram ki, belə yandırıcı zehniyyət adamı günün birində əlindəki kibritlə Mətbuat Şurasına da od vura bilər. Kafe yandırıbsa, bunun çəmini bilir deyə dedim - sonra demədi deməyin! 
Mənə hücum edən MŞ və onlara əl çalan yaratıqlar! Sizə səslənirəm. Artıq durmağınızın, yerinizdə saymağınızın zamanıdır. Barı, bundan sonra özünüzü, əməllərinizi və trollarınızı mənə saydırmayın. Sayıldıqca artmayacaq, əksinə, azalacaqsınız!... 

Hələlik!...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər