Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR

  • 18 yan 2019, 00:45

Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyinə tabe olan bu qrumlar ləğv edilir:

Akkreditasiya və Nostrifikasiya İdarəsi

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu

Təhsil İnstitutu

İstedadlı Uşaqlarla İş Mərkəzi

Respublika Elmi-Pedaqoji Kitabxanası

"Təhsil” Respublika İdman Mərkəzi
Fərmandan çıxarış:

8.5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;

8.6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

8.6.1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi;

8.6.2. Respublika Bədən Tərbiyəsi Mərkəzinin və "Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi;

Oxşar xəbərlər