Xəbər lenti
Bütün xəbərlər

Beyləqanda Şərq qəsəbə bələdiyyəsi stadionu necə satıb?

  • 11 yan 2019, 13:08

Beyləqanın Şərq qəsəbəsindən olan bir qrup şəxs "Demokratik.Az"-a şikayət məktubu göndərib. Sakinlər yerli bələdiyyə sədrindən şikayətçidir. Müraciətdə yazılır:

"Yazaraq sizə bildiririk ki, Şərq qəsəbəsində ümumi istifadədə olan gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş idman meydançamızın ərazisi yerli bələdiyyə Quliyev Vaqif Məhəmməd oğlu tərəfindən öz qohumuna satılmışdır. Belə ki, əhalinin razılığı ilə meydançanın yanında məscid üçün nəzərdə tutulmuş boş yer məscid tikilənə qədər meydança kimi istifadə olunurdu. Lakin idman meydançasına yerli bələdiyyənin qohumu ev tikintisi üçün mişar daşı boşaltmış və burada ev tikdirəcəyini bildirmişdir. Həmçinin sizə bildiririk ki, yerli bələdiyyə seçildiyi dövr ərzində əhaliyə heç bir hesabat verməmiş, öz başına qərarlar verərək torpaq vergisi adı ilə kəndlilərdən aldığı pulların heç birinə qəbz vermədən  mənimsəmişdir. Bələdiyyə sədri həmçinin rayon kənd təsərrüfatı idarəsində kənd üzrə baytar işləyir və dövlətin Süni mayalanma yolu ilə alınmış hər buzova görə ayırdığı subsidiyaları müəyyən aralıqlarla öz qohumlarının və öz adına yazaraq mənimsəyir. Sizdən xahişimiz odur ki, bu barədə ətraflı araşdırma aparılaraq bələdiyyə sədrinin sədr olduğu müddət ərzində fəaliyyəti şəffaf şəkildə yoxlanılsın və haqqında hüquqi ölçü götürülsün".

(mövzunu araşdıracağıq)

İddialarla əlaqədar qarşı tərəfi də dinləməyə hazırıq!

Demokratik.Az

Oxşar xəbərlər