Gəncədə NARAZILIQ - "Faiq Şabanov bizi alver etməyə qoymur"
- 29 dek 2018, 23:21
"Demokratik.Az" saytına Gəncə sakinləri tərəfindən narazılıq müraciəti daxil olub. Adlarının hallandırılmasını istəməyən, əslən Xocalıdan olan şəhər sakinlərinin bildirdiyinə görə, bugün şəhər polis rəisi onların səyyar satıcılıqla məşğul olmasının qarşısını almaq üçün polisləri səfərbər edərək hərəkətə keçib. Nəticədə, şəhərin Nizami küçəsində səyyar satış obyektləri əllərindən alındığını iddia edən bir qrup şəxslə polis arasında qarşıdurma - narazılıq qeydə alınıb.
Qeyd edək ki, etiraz edənlər həvəskar çəkilişlə polis rəisi vəzifəsini icra edən Faiz Şabanova qarşı ağır ittihamlar səsləndirərək, lentə aldıqları videonu sosial şəbəkələrdə də paylaşıblar.
Gecə olduğundan, DİN-in Gəncə regional mətbuat xidməti ilə əlaqə yaratmaq, məlumatı dəqiqləşdirmək, mövqe öyrənmək cəhdlərimiz alınmadı...
(Daha təfərrüatlı məlumat verməyə çalışacağıq)
Demokratik.Az