Buyurun, mətbuat qənimləri! "... əlinizi yenə qaldırın, amma çox yuxarıdan yox!

  • 23 noy 2018, 10:49

"Demokratik.Az" saytı Mətbuat Şurası tərəfindən müəmmalı şəkildə və heç bir əsas mövcud olmadan şuranın tərtib etdiyi "qara siyahı"-ya salınıb. Saytın rəhbəri Osman Nərimanoğlu gözlənilməz olaya sərt münasibət bildirib.

O özünün facebook səhifəsində yazıb:

"DƏYƏRLİ DOSTLAR VƏ MEDİASEVƏRLƏR!

Dünən şəxsim və rəhbərlik etdiyim "Demokratik.Az" saytı Mətbuat Şurasında əyləşən ədəbaz və kinli şəxslərin növbəti HÜCUMUNA - "qaralama" TƏXRİBATINA məruz qalıb...

Əlindəki kibritə kafe yandırdığına görə 11 il srok yatan məhkum, tərbiyəsiz bir statusmen - savadsız kənd uşağı adından və hivridləşmiş bir divar media saytından tirajlanıb ki, MŞ "Demokratik.Az"-ı "REKET" sayt elan edib...Qərarlarını özü belə çap etməyən quruma nə deməli - AR olsun!.. 
Hansı əsasla, hansı kişilik və məqsədlərlə, hansı faktlarla etdiniz bunu? Sizcə, belə qoluzorluluq, başıpozuqluq nə qədər davam edəcək axı? Etdiyiniz qanunçuluqla deyil, sadəcə rəzalətdir..
MŞ kollektivinin mənə və müstəqil bir mediayaya qarşı çirkin gözdənsalma addımını qınayır, pisləyirəm. Bu barədə geniş yazıda detallara aydınlıq gətirməyə çalışacağam.
Hələlik qeyd edirəm ki, əvvəlki qərarlar kimi, Mətbuat Şurasının barəmizdəki son "qərarını da media adına repressivlik, ictimai qurumun fərdlərə sayğısızlığı və anti-işgüzar fəaliyyəti - XÜSUSİLƏ MƏMUR SİFARİŞİ, ŞM-nin daxilindəki neqativ prosesləri ört-bas metodu hesab edirəm... Bu manipulyasiya - gözlərə külüfürmədir...
Media orqanımın, peşə və adımın əvvəlinə "REKET" adı əlavə edənlər məsuliyyətsizlikləri qarşısında tezliklə Məhkəmədə cavab verəcəklər. 
Bugün Mətbuat Şurasında əyləşib ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyevin tələbkarca aşıladığı və irəli sümüş olduğu konstruktiv media siyasətinin ziddinə "əl qaldıranlar" UNUTMASINLAR! Fəaliyyətlərinin bircə adı var - Demokratik Media DƏYƏRLƏRİNƏ, Azərbaycanda fəaliyyət göstərən müstəqil medianın inkişafına, MŞ-yə əvvəlki etimada və ictimai rəyə aşkar XƏYANƏT! 
Əgər bu yolda irəliləyirlərsə, bundan sonra daha şərəfli və daha ləyaqətli qərarların qəbulu "Demokratik.Az" üçün qaçılmazdır. Bu özbaşına fəaliyyətin durdurulması üçün cənab prezidentə və digər məsul vəzifəli şəxslərə müraciət edəcəyəm.

Olaya şərhimin bitdiyi yer! AZMAN VƏ BOĞUCU TAKTİKALI MŞ-yə nə deyə bilərəm - Buyurun, "Mətbuat qənimləri"! ... əlinizi yenə qaldırın, amma çox yuxarıdan yox!!!"

Demokratik.Az

Oxşar xəbərlər