"Yeni Müsavat"-da möhtəşəm debat! - "eşşək südü" mübahisəsi

  • 26 okt 2018, 11:19

Həkim Seyfəddin Əsəd və AİB sədri Eyyub Hüseynov qarşı-qarşıya

 

 

 

 

"Yeni Müsavat"ın canlı yayım verilişləri sentyabr ayının 10-dan etibarən yeni dizayn və təqdimatda davam edir.

Musavat.com xəbər verir ki, bu gün, saat 12.00-də başlanacaq növbəti canlı yayımda cəmiyyətdə ciddi müzakirələrə səbəb olan eşşək ferması və eşşək südü mövzusu müzakirə olunacaq.

Saat 12.00-də başlanacaq debatda tanınmış həkim Seyfəddin Əsəd və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov eşşək südünün faydaları, eləcə də ziyanları barədə danışacaqlar. Bir-birinə əks fikirdə olan ekspertlər debat boyunca oxuculardan gələn sualları da cavablandıracaqlar.

Bir saat boyunca davam edəcək canlı yayım zamanı siz oxucular da müzakirələrdə aktiv iştirak edə bilərsiniz.

Oxşar xəbərlər