Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub

  • 16 okt 2018, 08:22

QURUMUN RƏSMİ SAYTINDA GÖZÜKMƏYƏN, BİZƏ ELAN EDİLMƏYƏN QƏRAR ƏSLİNDƏ KİMƏ VƏ NƏYƏ LAZIM İDİ? 

Ötən ay Mətbuat Şurasının icraçı direktoru, uzun müddət şuranın hüquq komissiyasının üzvü olmuş Şəmsəddin Əliyevin təşkilatçılığı ilə redaksiyamıza qarşı müəmmalı "XƏBƏRDARLIQ” qərarı çıxarılıb. Bir sıra saytlarda hələ də göz oxşayan və yayılan bu qeyri-rəsmi saxta qərara hətta "CİDDİLİK QİYAFƏSİ” də geyindirilib. Maraqlıdır, qərarın detalları, "xəbərdarlığın” nədən ibarət olması cavabdeh olsaq da, indiyədək redaksiyamızdan gizlədilir. Tam bir aydır ki, nə baş verdiyini anlaya bilmirik. Peşəkar media təmsilçilərinin toplaşdığı MŞ-də bizə qarşı fırladılmaqda olan gizlin çarxın səbəbindən, ("NOTA”dan - RED) qərəzdən bugünədək xəbərsizik.

Öz işinə bəlli qayda və şəxsi maraqları naminə ciddi yanaşmayan, nəticədə də tez-tez şikayətçi tərəflərin hamisinə çevrilməkdə olan bir MŞ funksioneri  təmsil olunduğu ictimai birliyin nizamnəməsini, jurnalistika adına yazılan və yazılmayan etik - hüquqi normaları aşkar surətdə pozmağa davam edir. Dilindən bəlağətli din-iman şüarı düşməyən icraçı katibə dəfələrlə müraciət etsək də, barəmizdə yaydırdığı "xəbərdarlıq” barədə müfəssəl bilgiləri verməkdən maraqlı bəhanələrlə yayınır.  

"Demokratik.Az” xatırladır ki, cari ilin avqustundan etibarən fb sosial şəbəkəsi üzərindən tərbiyyəsiz və bir qrup savadsız şəxslər tərəfindən saytımızın rəhbəri, jurnalist Osman Nərimanoğlunun ünvanına təhqirlər yağdırmaqla, şəxsinə qarşı böhtan – yalan dolu yazı və statuslarla total hücumlar təşkil edilir. Heç bir etikaya və media adına yaraşmayan bu provokativ fəaliyyətin önündə isə, kafe yandırdığına görə 11 il azadlıqdan məhrum edilmiş bir şəxs görünür. Lakin, zaman ötdükcə, "Bakı Xəbər” qəzetinin müxbiri vəsiqəsini daşıyan həmin məhkumun -Məhəmmədəli Qəribli adlı şousevər şəxsin və başına toplaşanların sadəcə bir "marionetka” olduğu üzə çıxır.  

Bu barədə geniş yazmağa ehtiyac duymadan bildirək ki, məhz M.Qəribli adlı şəxsin qondarma və məqsədli şikayəti əsasında 18 sentyabr 2018-ci il tarixinə MŞ-yə çağırılmışıq. Məhz həmin gün təhqir olunan Osman Nərimanoğlu adı əksinə, MŞ-də təhqir edən imza sahibinə çevrilib.

Təəssüf ki, 14 senytabrda bizə "dəvət” yazan icraçı katib Ş.Əliyev əsasən Gəncədə fəaliyyət göstərən "Demokratik.Az” rəhbərliyinə cəmi 3 günlük imkan tanımaqla, mövzu ətrafında lazımsız iclas qurub. İclasa üzürlü səbəbdən qatılmamağımız da adama sərf edib, beləcə qərəzli və qaranlıq qərarını yaymağa tələsib.

Hələ 17 sentyabrda şurada müzakirəsi planlaşdırılan əsassız şikayətin gündəlikdən çıxarılmasını və ya yığıncağın növbəti yaxın tarixə dəyişdirilməsini yazılı və şifahi qaydada Şəmsəddin əfəndidən xahiş etmişdik. MŞ-nin nizamnamə və şikayətlərə baxılma prinsiplərinə görə də məlum şikayətə baxılmalı deyildi. Bunu anlamaq üçün "Mətbuat Şurasına Şikayətlərin verilməsi və onlara baxılma qaydaları”-na nəzər yetirmək kifayət edər. Lakin, əvvəldən şikayətçinin "vəkilinə” çevrilən katib qərəzli qərarını yaymağa, sadəcə məzlum tərəfə günah atmağa hədəflənib. Bir gün sonra da hüquqi məsləhətlər verdiyi (istiqamətləndirdiyi-red) şikayətçinin saçma-sapan "ciddi xəbərdarlıq” qərarını yaymasına yaşıl işıq yandırıb. Xoşqədəmin verilişinə çıxıb özünü reklama üstünlük verən və efirlə qazanacağı tanınmışlıqla da 2020-də ölkə başçısından ev alacağını deyən biri də bunu ustalıqla və utanmadan icra edib. Hansı ki, maraqlı tərəf olduğu üçün, "şikayətçinin" bu "xəbərdarlığı" sevinərək yayması özlüyündə bir yazıqlıq əlamətidir.

Bizdə haqlı suallar yaranıb: - "Görəsən Şəmsəddin Əliyevin bu təəssübkeşlik nümunəsi, qərəzi və mərəzi nəyin müqabilində və kimlərin xahişilə sezilir?! MŞ-yə hər keyfinə düşənin şikayət eləməsi halları axı hansı mexanizmlə tənzimlənir?Bəlkə, vaxtilə Rəsul Quliyevə əqidə nökərliyi edən Aydınlardan qorxub, tapşırıq alıb? Oturduğu postda "bitərəf” və "qərəzsizlik” andı olan bu ağsaqqal müzakirəyə çıxartdığı bir mövzunu sonradan aidiyyatı polisə şikayət üçün nədən istiqamətləndirib, şikayətçi zavallının əlinə əlavə ərizə də verərək PŞ-yə NİYƏ göndərib?”. Əgər, yayılan 4cümləlik "ciddi xəbərdarlıq” səsvermədə qəbul sayılıbsa, niyə MŞ-nin rəsmi saytında dərci həyata keçirilməyib, niyə "Demokratik.Az”-a məlumat verilməyib?.

Özünü təqvalı, imanlı kimi göstərən Şəmsəddin müəllim yəqin bilmir, belə riyakarlıq, ikiüzlülük xarakteri bir müsəlmana əsla yaraşıq gətirməz. Hələ, yaşı peyğəmbər yaşı isə, deməli, belə naqis əməllər haqq dünyasında insanın cənnətə düşmək şansını da əməllicə azaldar. Bizə isə hələlik "Allah Şəmsəddin müəllimi hidayət etsin” deməkdən başqa geriyə bir söz qalmır...  

Əslində, "Demokratik.Az” saytının ("Demokratik Dövlət” qəzeti) öz fəaliyyətinin 7-ci ilində Mətbuat Şurasıyla nəhayət ki, növbəti dəfə yollarının kəsişməsi, yada düşməyimiz müsbət gəlişmədir, bizə görə. Çünki, şuraya üzv olmağımız üçün, belə anlarda silkinib ciddi media qurumuna yol ala bilməyimizə stimulverici hisslərimiz oyana bilərdi. Lakin, görünür şura yeni üvzlərə ehtiyac duymur, əksinə, bizlərə "hədəf” kimi baxılır, qurumun təmsilçiləri bağlı qapıların arxasından "hegemonluq hissləri”ni kənar KİV-lərə hücumları ilə aşikar edir. Baş verənlərdən qeyri məntiqə varmaq müşkülü var. Şurada təmsil olunan Ş.Əliyev kimilərinin qeyri-ədalətli hərəkətləri başda MŞ sədri, millət vəkili cənab Əflatun Amaşov olmaqla, orada təmsil olunan azman jurnalistlərə inamı və rəğbəti belə heç edir. Təəssüf, təəssüf, çox təəssüf...

İllər öncəsində "jurnalistlərin keşikçisi olacaq bir qurum yaranır” eşqilə təsis edilən Mətbuat Şurası görün nə hala gəldi ki, bir zekin, özlərinin reket qəzetçi elan etdikləri bir topa media avaralarının söyüş ritorikalarına rəvac verir, sözün məsuliyyətsizliyi ilə alver edirlər.  

Hesab edirik ki, MŞ-nın səlahiyyətlisi olan Şəmsəddin bəyin davranışları birmənalı olaraq bizim jurnalist, media nüfuzumuza ciddi zərərvurma cəhdi, müstəqil mediaya qarşı aşkar repressiya nümunəsidir. Haqqımızda belə əsassız şikayətə baxılması məhz kimlərinsə bizə olan qərəzinin göstəricisidir. Bu isə biabırçılıq və yolverilməzdir.

Sonda, qətiyyətlə tələb edirik ki, MŞ bu məsələni ciddi araşdırıb, icraçı katibin qərəzli və tərəfkeş fəaliyyəti nəticəsində KİV-lərin imicinə zərbə yetirmək cəhdlərinin obyektiv qiymətini versin.

Biz bu məsələdə artıq təşəbbüskar tərəfik və bütün araşdırmalara tam açığıq. İnanaq ki, dürüst, şəffaf fəaliyyəti ilə hörmət qazanmış digər MŞ aktivləri "Demokratik.Az”-a (Osman Nərimanoğluna-red) qarşı bu qıcıqverici mövqenin əsl səbəblərini üzə çıxaracaqlar.

Bu durumda, onsuz da öləziməkdə olan ictimai rəyi çaşdıran, olduqca pis tendensiyalara səbəb olan arzuolunmaz şəxslərin öz həyatlarındakı və karyeralarındakı qara ləkəni bizə - xüsusilə sağlam mətbuata bulaşdırmaq cəhdlərinə əsla yol verməyəcəyik.

"Demokratik.Az”

Oxşar xəbərlər