Xəbər lenti
Bütün xəbərlər

"Bakı Xəbər"-in əməkdaşları TƏCİLİ toplandı - REDAKSİYADA "MIŞ" VAR

  • 26 avq 2018, 09:58

"Demokratik.Az"-a mötəbər mənbədən ŞOK bilgilər daxil olub. Aldığımız məlumata görə, "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev dünən axşam saatlarında kollektivi toplayaraq fövqəladə iclas keçirib. Səbəb çox önəmlidi - hökumətyönümlü redaksiyada təhlükəli "MIŞ" var...

Məlumata görə, toplanan redaksiya heyətində baş redaktor ümumi iradlarını bildirib və sosial şəbəkələr üzərindən ictimai rəyi çaşdıran, insanların şərəf və ləyaqətini alçaldan əməkdaşı, Məhəmmədəli Qəriblini sərt tənqid edib. Tənqidə səbəb isə, saytımızda ötən gün yayımlanan yazı olub.(Mətbuatda mənə savaş açan "SATANA” – Sən fəlsəfi YOXLUQSAN)

Bundan başqa, hər gün Azərbaycan Nəşriyyatında gününü keçirən bu şəxsin öz həmyerlisi, baş redaktoru Aydın Quliyev haqqında qaranlıq keçmişini dilə gətirməsi də tərəfləri bir-birinə vurub.   

Mənbə bildirir ki, redaksiyanın mütamadi işə gəlməyən, lakin ştatlı əməkdaşı olan jurnalisti müxtəlif adamlara özünü hamıdan məlumatlı kimi təqdim edərək, qəzet baş redaktorunun vaxtilə "Rəsulçu" olduğunu deməklə sonuncunu nüfuzdan salır.

Yayılan xəbərlərə görə, parlamentin sabiq spikeri, hazırda Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevlə qəzetin bəzi əməkdaşları həmyerlidir, vaxtilə də aralarında yaxın səmimi münasibətlər olub. Görünür keçmişi kompromata çevirərək müxbir baş redaktora qarşı mənfi təbliğat aparır. Bunu eşidən redaktor isə M.Qəriblini işdən qovacağı barədə xəbərdarlığını edib.

Jurnalistin dostları arasında yaydığı məlumata görə, bir neçə ildir prezident cənab İlham Əliyevin təşəbbüsü ilə tikilən binadan mənzil almaq məqsədilə "Bakı Xəbər" rəhbəri ilə müəyyən danışığa gedib, lakin indiyədək mənzil ala bilmədiyindən tərəflər arasında kəskin narazılıq baş qaldırıb. Deyilənlər doğrudursa, mənzil almaqda israrlı olan Məhəmmədəli Qəribli bu işdə ona kömək edəcək daha yüksək çinli dövlət məmurlarının, hətta fövqəlnazir Kəmaləddin Heydərovun da adını özünə çətir olaraq çəkir. Bunu reklam olaraq sosial şəbəkə üzərindən də edərək, bəzilərində qəsdən qıcıq oyadır. Baş redaktorun narazılığı isə, əsasən özü ilə bağlı yox, müxbirinin jurnalistikaya xas olmayan daha səfil davranışlar etməsidir. 

Əlavə məlumat olaraq xatırladaq ki, "Bakı Xəbər"-in adıçəkilən əməkdaşı Azinforum.Az" adlı saytına da rəhbərlik edir və son aylar sosial şəbəkədə təhqirlərə, məntiqsiz şərhlərə üstünlük verir. Onun bu hərəkətləri isə "Bakı Xəbər"ə və ev almaq istəyinə kölgə salır.

Təəssüf ki, barəsində yazılan tənqiddən nəticə çıxarmayan Qəribli gecə saatlarında qisasını alırmış kimi, saytımıza və rəhbərinə qarşı ağzına gələni yazıb. 

Demokratik.Az saytı olaraq hesab edirik ki, bu şəxsin əməllərinin durdurulması, iki gün əvvələdək yazdığı statusların araşdırılması vacibdir.

İnanırıq ki, sözdə əxlaqdan və tərbiyədən dəm vuran qəzet müxbiri heç olmazsa, baş redaktorunun tələbinin və jurnalist kimi almaq istədiyi mənzilin xatirinə, bundan sonra mediada peşəkar fəaliyyətə üstünlük verəcək...

Bazar günü olduğundan redaksiya ilə əlaqə yarada bilmədik.

Əlavə açıqlama verməyə çalışacağıq!

 

Demokratik.Az

Oxşar xəbərlər