“Lotu Quli”nin AD GÜNÜ - Çernoqoriya səfəri və MÜƏMMALAR

  • 24 avq 2018, 15:10

Məlum olduğu kimi, dünən kriminal aləmdə daha çox "Lotu Quli” ləqəbi ilə tanınan 45 yaşlı azərbaycanlı "qanuni oğru” Nadir Səlifov Çernoqoriyanın paytaxtı Podqoritsada həbs olunub. Bir müddət sonra isə azadlığa buraxılıb.

Xatırladaq ki, beynəlxalq axtarışa verilən N. Səlifov dələduzluq məqsədilə qəsdən adam qaçırtmaqda ittiham edilir. Hadisə zamanı Lotu Quli ilə yanaşı Rusiya hakimiyyəti tərəfindən axtarışda olan Moqamed Qurbanov (-N.Səlifovun qardaşı oğlu) da həbs edilib.

Çernoqoriyanın paytaxtında keçirilən yekun məhkəmə qərarına əsasən, M.Qurbanov həbs olunub  və Rusiyaya ekstradisiya edilib, N. Salifov isə sərbəst buraxılıb. Rusiya mühafizə orqanları tərəfindən Samaralı iş adamı Kamal Qurbanovla yanaşı, başqa bir şəxsin də oğurluğunda ittiham edilən "Lotu Quli” ləqəbli N. Səlifovun başqa cinayətlərdə də adı hallanır.

Bu cinayətlərdə şəxsən N. Səlifovun iştirakına dair şahidliyi onun keçmiş köməkçisi, əvvəllər adam öldürdüyünə görə məhkum edilən Maqsud Qurbanov edib.

İstintaq orqanlarında olan bəzi məlumatlara görə, ötən il azadlığa buraxılan Lotu Quli həbsxanada olduğu müddət ərzində də cinayətlə məşğul olub. Məhkumluğu dönəmində N. Səlifovun keçirdiyi telefon danışıqlarının bəziləri istintaq şöbəsində hələ də qalmaqdadır.

Bu qədər cinayət də adı hallanan N. Səlifov bir neçə ölkədə istirahət edən zaman görüntülənib. Həmçinin, interpolun məlumatında qeyd edilir ki, bu ilin may ayında BƏƏ-də də həbs edilən sözügedən şəxs, qısa zaman ərzində azadlığa buraxılıb.

BƏƏ-nə müraciət edən Rusiya hüquq-mühafizə orqanları hələ də əsaslı cavab ala bilməyiblər. Daha sonra isə  bir neçə dəfə Türkiyədə görüntülənən Lotu Qulinin həbsi üçün Rusiya tərəfi Türkiyəyə müraciət etsə də, çağırışları cavabsız qalıb.

Onu da qeyd edək ki, əldə edilən son məlumatlara görə, bu ayın sonunda 23 ildən sonra ilk dəfə doğum gününü azadlıqda qeyd edəcək N. Səlifov ətrafına bir neçə məşhur "qanuni oğrunu” da toplayacaq. Bu görüşün məhz Çernoqoriyada baş verəcəyi ehtimal edilir.

Demokratik.Az

Oxşar xəbərlər