Ermənistanda tuthatut - Sabiq baş nazirin qardaşı saxlanıldı

  • 09 avq 2018, 09:56

1 mart 2008-ci il hadisələri ilə əlaqədar cinayət işi çərçivəsində Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan Yerevanda saxlanılıb.

"Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, avqustun 6-sı və 7-si keçirilmiş əməliyyatlar zamanı Mxçyan kəndində Ambik Gevorkyanın adına rəsmiləşdirilmiş, əslində isə Abramyanlara məxsus köhnə mexanika-təmir zavodunda müxtəlif silah-sursat tapılıb. Onların 2008-ci il hadisələri zamanı istifadə edilib-edilmədiyi araşdırılır. 

Qevorkyanla Abramyan qanunsuz silah saxlamaqda ittiham edilir. 

 

Qeyd edək ki, 2008-ci il martın 1-də prezident seçkilərindən sonra keçirilən nümayişlər silah gücünə dağıdılıb. Nəticədə 10 nəfər dünyasını dəyişib

Oxşar xəbərlər