Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Bəylər Eyyubovun qardaşı oğluna yüksək vəzifə verildi - Təyinat
Bəylər Eyyubovun qardaşı oğluna yüksək vəzifə verildi - Təyinat
- 25 iyul 2018, 11:22
Daxili işlər orqanlarında yeni təyinat olub.
Demokratik.Az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bu təyinata qədər R. Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Bildirək ki,adıçəkilən polis polkovniki Rövşən Eyyubov Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti