“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
- 13 iyul 2018, 23:45
"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır”
Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, deyib ki: "Mən əvvələr də deyirdim ki, sosial şəbəkələrdə normal adamlar olmur. İndi də bu fikirdə qalıram”.
Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasına Araz Əlizadəni bu fikirlərinə görə sərt qınayıb: "Araz Əlizadənin deputat olması anormallıq hesab edilməlidir. Bu adamın məntiqinə, ağılına baxın. Sosial mediada görün kimlər var: Ölkə rəhbərləri, prezident köməkçiləri, hətta onun deputat yoldaşları hamısı sosial mediadadır. Bunları təhqir edən adamdan deputat olarmı?! Bu adam başdan-ayağa xəstəlikdir və ona görə də mən onun adını "azar” qoydum. Belə adamın deputat olması mənim şərəfimə toxunur. Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır”.
