Səhiyyə Nazirliyi "GENERATOR OVU"na başladı - pul büdcədən silinir?

  • 12 iyul 2018, 21:46
"Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır. İlk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb”. Xatırlayırsınızsa, bunu Preziden İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə demişdi. O, səhiyyə naziri Oqtay Şirəliyevi Mingəçevir İES-dəki qəza zamanı xəstəxanalardakı durumla bağlı yalan danışmaqda da suçlamışdı.
Qeyd edək ki, Oqtay Şirəliyev sözügedən müşavirədə çıxışı zamanı generatorların işlək vəziyyətdə olduğunu deyib: "Baş verən qəzadan sonra biz daim bütün regionlarla əlaqə saxlayırdıq. Siz bilirsiniz ki, demək olar, bizim bütün rayonlarda yeni xəstəxanalar tikilib və bütün müasir tibbi avadanlıqla təchiz olunub. Hər yerdə generator sistemləri quraşdırılıb. Hər yerdə generatorlar işləyirdi, tibbi xidmət göstərilirdi. Bakı şəhərində də nazirliyin əməkdaşları təhkim olunmuşdu. Bakı şəhərində ilk növbədə, cərrahiyyə, əməliyyat blokları, reanimasiya tam tərkibdə işləyirdi. Bu iki gün ərzində məsələ ilə bağlı bir ölüm hadisəsi də olmadı. Təcili yardım tam gücü ilə işləyirdi. 2130 çağırış olub. Bunlardan 220 adam xəstəxanalara daxil olub, onlara tam həcmdə yardım göstərilib. Metronun hər stansiyasının qarşısında təcili yardım maşını təhkim olunmuşdu. Onların arasında cəmi 19 nəfər müraciət edib, o da gərginlikdən, əsəbdən. Onlara ilkin tibbi yardım göstərilib. Cəmi 6 nəfər xəstəxanalara yerləşdirilib”.
Dövlət başçısı isə bildirimişdi ki, bu məsələ ilə bağlı ciddi təftiş aparılmalıdır: "Bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm Dövlət Komissiyasına, həm də mənə məruzə etməlisiniz: "Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır. İlk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb”O ki qaldı, metropolitenə, bildiyimə görə, metropolitendə ümumiyyətlə generatorlar mövcud deyil. Bu da acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metroda, bütün stansiyalarda generatorlar olsun və enerjidə hər hansı problemlər yarandıqda insanlar əziyyət çəkməsin. Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək”.
Bunun ardından yalanı tutulan Oqtay Şirəliyev xəstəxanalara generator almağa başlayıb. Daha doğrusu aldırtmağa...
Bununla bağlı verilən xəbərlərdən aydın olur ki, oqtay Şirəliyev hər bir xəstəxana rəhbərinə generator öhdəliyi qoyub.
Mənbənin söylədikləri: "Əslində belə bir öhdəliyin qoyulmasını normal qarşılamaq olardı. Amma maraqlı olanı odur ki, Şirəliyev cənabları bu prosesdən də uduşla çıxmağa çalışır. Generatorları baş həkimlər alır, amma adı Səhiyyə Nazirliyinə "aformut olunur. Nəticədə növbəti korrupsiya... növbəti talan yaşanır".

DİA.AZ iddalara SN-dən hansısa icavab ala bilməyib.

Qarşı tərəfin münasibəti maraqlı olardı...

 

Demokratik.Az 

Oxşar xəbərlər