"Açıq ixtişaş təhdidi özbaşına buraxılıb" - İlham İsmayıl

  • 11 iyul 2018, 17:04


"Dünənki ixtişaşı önləmək və nəzarətdə saxlamaq olardımı?"

"Açıq ixtişaş təhdidi özbaşına buraxılıb" - İlham İsmayıl

Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik - leytenant İlham İsmayıl dünən axşam saatlarında Gəncədə baş verən və yüksək rütbəli iki polisin ölümü ilə nəticələnən üzücü olaya münasibət bildirib.

"Demokratik.Az"-ın "ixtişaşı önləmək və nəzarətdə saxlamaq olardımı?"

sualını təhlükəsizlik eksperti belə cavablandırıb:

- " Baş verən bu hadisə əgər dini zəmində baş verirdisə, onda QMİ-nin sədri Allahşükür Paşazadənin və Dini komitə rəhbərinin özünün Gəncəyə gəlməsi mütləq lazım idi. Onlar gəlib, şiə dindarlarla lap İmamzadədə, məsciddə söhbət edib, başa salıb radikallığı durdurmalı idilər. Bunu güc orqanlarının nümayəndələri ilə birgə də edə bilərdilər. Təəssüf ki, bu baş verməyib" - deyə İlham İsmayıl bildirib. Ekspert sensasion sayıla biləcək mühüm başqa məqama da toxunub. "Açıq bir işi başlı-başına buraxıblar. Məsələ burasındadır ki, 3 iyulda baş verən sui-qəsd hadisəsini təhqirin cavabı kimi yox, dindarın dövlət çevrilişi kimi qiymətləndirdilər. Mətbuatda Elmar Vəliyevi tərifləməklə aqressiv dindarlara açıq pas ötürənlər üstümüzə gələn növbəti qanlı hadisənin fərqində olmalıydılar. Qabaqcadan elan olunmuş etiraz aksiyasına orqanların önləyici tədbirlər almaması çox təəccüblüdü. Önləyici tədbir qoşun toplamaq deyil, profilaktik, lokal dairədə izah və yeri gələndə həbs etməklə iş görməliydilər. Bundan başqa, əgər qətllər əvvəldən hazırlanıbsa, bu barədə informasiya olmayıbsa, bu mənfi haldır. Deməli, radikal dindarlar arasında məxvi informasiya mənbələrimiz yoxdur. Hadisəni də belə amillər qaçılmaz edir".

"Bəs, bundan sonra cəmiyyətin və aidiyyatı dövlət qurumlarının üzərinə hansı vəzifələr düşür?" sualına isə - "Yeni, gözlənilməz qətllər baş verməsnin qarşısını zamanında almaq üçün hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanı nəzarət və informasiya almaq imkanlarını artırmalı, Şeyx mütləq özü gəlib, Gəncədə dindar kəsimlə geniş, izahedici mənəvi söhbət aparmalıdır. Məmur söhbəti yox. Başçının buraxdığı səhvlər etiraf edilib qınanmalı, təcili yeni başçı qoyulmalıdır" - deyə ekspert bildirib.

"Demokratik.Az"


 

Oxşar xəbərlər