Elmar Vəliyevi dindirə bilməmişik - Prokuror

  • 04 iyul 2018, 10:45

"Elmar Vəliyev hazırda həkim nəzarəti altında olduğundan onu dindirə bilməmişik. Hadisə ilə bağlı hələlik hər hansı bir versiya üzərində dayanılmır. Dindirmədən sonra bəlli olacaq”.

Demokratik.Az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Gəncə şəhər prokuroru Fazil Həsənəliyev icra başçısına sui-qəsd cinayəti barədə danışarkən deyib. Prokurorun sözlərinə görə, cinayət işi açılıb, əməliyyat istintaq tədbirləri davam edir: "Bu barədə ictimaiyyətə Baş Prokurorluqdan məlumat veriləcək”.

Oxşar xəbərlər