Türkiyədə 11 PKK üzvü saxlanılıb - seçki təxribatı

  • 24 iyun 2018, 09:12

Türkiyənin paytaxtı Ankarada iyunun 24-də keçiriləcək seçkilərdə təxribatlar törətməyi planlaşdıran 11 PKK üzvü saxlanılıb.

APA-nın "Anadolu”-ya istinadən verdiyi xəbərə görə, iyunun 23-də Ankarada keçirilmiş əməliyyat zamanı saxlanılanlar qrup şəklində müxtəlif təxribatların hazırlanmasını müzakirə ediblər. Planlaşdırılan terror aktları ilə əlaqədar detallar açıqlanmır. Saxlanılanlar barəsində hələ ki heç bir qərar verilməyib.

Oxşar xəbərlər