Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?

  • 20 iyun 2018, 13:10

Azərbaycan torpaqlarının işğalında öncül şəxslərdən olmuş general Manvel Qriqoryan həbs edilib. Milli Məclisin üzvü olan generalın toxunulmazlığının ləğvinə parlament iyunun 19-da razılıq verib, həbs qərarını həmin gün paytaxt Yerevanda məhkəmə çıxarıb.

İyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu Manvel Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb.

Generalın onlarca maşına, hətta şəxsi zooparka sahib olduğu açıqlanıb.

Novator.az-ın məlumatına görə, Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçısıdır. Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri olub. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub.

2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

"Yerkrapa” könüllülər birliyinin sədridir.

Manvel Qriqoryanın oğlu Karen Qriqoryan həbsdən sonra Eçmiədzin meri postundan istefa verib.

Oxşar xəbərlər