Xəbər lenti
Bütün xəbərlər

Beynəlxalq Bank “Akkord”un qeyri-yaşayış “obyekt”lərinə əl qoydu

  • 31 may 2018, 14:19

Azərbaycan Beynəlxalq Bankı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ilə aralarında olan borc məsələsini maraqlı üsulla həll edib. Azinforum.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında əldə edilən razılaşmaya əsasən bundan sonra, "Akkord”un şəhərin müxtəlif ərazilərində olan yaşayış komplekslərindəki qeyri-yaşayış sahələrinin idarəetməsinə Beynəlxalq Bank nəzarət edəcək. Beynəlxalq Bank yalnız bu üsulla "Akkord”un ona olan borcunu ödətdirmək istəyir.

Bundan əvvəl "Akkord” komplekslərindəki qeyri yaşayış komplekslərinin idarə olunması ilə "Property İnvestments” adlı Məhdud Məsuliyyətli Cəmiyyət məşğul olub. Bildirilir ki, artıq "Property İnvestments”lə Beynəlxalq Bank arasında təhvil-təslim prosesi həyata keçirilir.

"Property İnvestments” 2015-ci ilin mart ayında yaradılıb. Şirkətin hüquqi ünvanı kimi, Bakı şəhəri, Nərimanov rayonu,Əliyar Əliyev küçəsi,ev 8 göstərilir. Şirkətə aid səhifədə onların fəaliyyət sahəsi belə təsbit edilir: qeyri-yaşayış sahələri, yeraltı dayanacaqlar və qarajların icarəyə verilməsi.

"Property İnvestments” MMC mülkiyyətində 21538.67 m2 yeraltı dayanacaq, 49310 m2 qeyri-yaşayış sahələri və 6188.16 m2 anbarların olduğu bildirilir. Ən maraqlısı isə budur ki, sözügedən şirkət "Akkord”un məlumat səhifəsində özünün törəmə şirkəti kimi göstərilir.

Oxşar xəbərlər