Serbiya Azərbaycan üçün viza rejimini ləğv edir

  • 30 may 2018, 18:09

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.

"Report" xəbər verir ki, məlumatı Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.

Demokratik.Az

Oxşar xəbərlər