Xəbər lenti
Bütün xəbərlər

Hindistan ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq

  • 29 may 2018, 08:55

Hindistan xarici işlər naziri Suşma Svarac Delinin İranla ticarətini davam edəcəyini bildirdi və yalnız Birləşmiş Millətlər Təşkilatı tərəfindən tətbiq olunan sanksiyalara qoşulacağını söylədi.

Bazar ertəsi mətbuat konfransında çıxış edən Svarac hər hansı bir dövlətin onun ölkəsinin "müstəqil" mövqeyinə təsir göstərə bilməyəcəyini və kiminsə təzyiqi altında xarici siyasətin qurulmayacağını əlavə etdi.

İranın və Hindistanın siyasi və iqtisadi sahələrdə dərin əlaqələri var. Tehran Delinin aparıcı neft təchizatçılarından biridir.

Mayın 8 Donald Tramp Vaşinqtonun Hərtərəfli birgə fəaliyyət planı (JCPOA) kimi tanınan, İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvləri (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin + Almaniya) arasında imzalanmış nüvə sazişindən çıxacağını rəsmən elan etdi.

Trump həmçinin nüvə razılaşması nəticəsində dayandırılmış ABŞ-ın sanksiyalarını bərpa edəcəyini və İslam Respublikasına qarşı "ən güclü” iqtisadi qadağaların tətbiq olunacağını söylədi.

Bazar ertəsi, Svarac İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə danışıqlar aparıb.

Baş İran diplomatı ABŞ-ın JCPOA razılaşmasından imtina etdikdən sonra ölkəsi ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə yönəlmiş beynəlxalq müşavirə çərçivəsində Hindistana səfər edirdi.

Fevral ayında Nyu-Delidə Hindistanın baş naziri Narendra Modi ilə görüş zamanı İran prezidenti Həsən Ruhani bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün hazır olduğunu bildirib.

Oxşar xəbərlər