Prezident İlham Əliyev Cümhuriyyətimizin şərəfinə ucaldılmış abidəni ziyarət edib

  • 28 may 2018, 10:49

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.

"Azərtac" xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Oxşar xəbərlər