Tiflisdə əhali küçələrdə: böyük əməliyyat - Foto

  • 12 may 2018, 09:21

03:12

Gürcüstanın paytaxtı Tiflisdə əhali küçələrə tökülüb.

Rustavi-2-nin hadisə yerindən canlı olaraq yaydığı reportajda polisin böyük əməliyat keçirdiyi və bəzi şəxsləri saxlayaraq, maşınlara mindirdiyi görünür.

Məlumata görə, polis və xüsusi təyinatlıların gecə klublarında total yoxlama keçirməsinə səbəb narkotiklərə qarşı mübarizə ehtimal olunur. Belə ki, bir müddət öndə mənşəyi məlum olmayan narkotikdən ölüm halları polisi hərəkətə keçməyə vadar edib.

Hazırda küçələrdə yüzlərlə insan müşahidə aparır. Onlar meqafonlarla müxtəlif şüarlar səsləndirsələr də, polislə hər hansı toqquşma yoxdur.

***

"Sputnik Gürcüstan"ın yazdığına görə, "Bassiani" və "Kafe Qalleri" gecə klublarında aparılan əməliyyat zamanı indiyə qədər ən azı 8 narkotacir olduğu ehtimal edilən şəxs saxlanılıb.

Ancaq canlı yayımda xüsusi təyinatlıların onlarla şəxsi həbs etdiyi müşahidə edilir. Onların polisin keçirdiyi əməliyyata mane olduğu üçün inzibati qaydada həbs edildiyi bildirilib.

***

Təsdiq olunmuş məlumata görə, geniş əməliyyatın səbəbi bir həftə ərzində 5 gəncin narkotikdən dünyasını dəyişməsi və son bir ayda ən azı 8 gəncin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsidir.

Bir neçə gün öncə Baş nazir Kvirikaşvili narkotik ticarətinə qarşı mübarizənin ən sərt şəkildə aparılacağını bildirmişdi.

Oxşar xəbərlər