Lalə Şıxlinskayanın itinin yeməyinə hər ay 500 manat xərclənib VƏ..

  • 26 apr 2018, 17:11

Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıblar. Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edilirlər.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Prosesdə ekspert Zaur Məmmədov əlavə şahid qismində dindirilib. O, deyib ki, klinikaya aid "qara mühasibatlıq" sənədlərini istintaq orqanı tərəfindən yoxlanılıb və onlara təqdim edilib: "Klinikanın istintaqa təqdim etdiyi, araşdırılan sənədlər "qara mühasibatlıq" sənədləri idi. Biz də istintaq orqanın verdiyi sənədlər əsasında rəqəmlərin doğru olub-olmamasını yoxlamışıq".

Hakim bildirib ki, A.Məmmədov istintaq zamanı sənədlərin mühasibatlıq sənədi olduğunu qeyd edib. Məhkəmədə məlum olub ki, "qara mühasibatlıq" sənədlərində Leyla Şıxlinskayanın itinin aylıq yeməyi üçün 500 manatlıq xərc yazılıb.

Ekspertə sual verilərək, həmin sənədin rəsmi hesab edilib-edilməməsi soruşlub. Ekspert də həmin sənədin rəsmi sənəd hesab edildiyini bildirib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Yelena Abdullayeva yer alır.

Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan odur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Və istintaqın davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

Oxşar xəbərlər