“Rusiya Əsədə S-300 raketləri verməyib” – Hərbi-diplomatik mənbə

  • 25 apr 2018, 13:57

Rusiya Suriya ordusuna S-300 zenit-raket sistemləri verməyib.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə RT-ə rus hərbi-diplomatik mənbə bildirib. Mənbənin sözlərinə görə, Rusiyanın guya Suriyaya bir ay əvvəl S-300 sistemləri verməsi həqiqətəuyğun deyil.

"Suriya hökumət qoşunlarının silah ehtiyatında sovet istehsalı HHM-lər ilə yanaşı "Pantsir” kompleksi kimi Rusiya istehsalı müasir komplekslər də var. 14 apreldə ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya raket zərbəsi zamanı onlar hamısı özünü kifayət qədər effektiv göstərdi. Lakin Suriya hökumət qoşunlarının ehtiyatında S-300 raket sistemləri yoxdur” – mənbə belə deyir.

Qeyd edək ki, daha əvvəl Suriyanın Rusiyadakı səfiri jurnalistlərin sualına cavab verərkən S-300 sistemlərinin bir ay əvvəl Suriyada fəaliyyətə başladığını demişdi.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə S-300 zenit-raket sistemlərinin Suriyaya verilməsi məsələsinin hələ həll olunmadığını demişdi.

Oxşar xəbərlər