Ekologiya və Təbii Sərvətlər naziri dəyişdi

  • 23 apr 2018, 19:55

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni rəhbər təyinatı olub.

"Report”un məlumatına görə, bu barədə Prezident İlham Əliyev aprelin 23-də "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, M.Babyev bu təyinatadək Milli Məclisin deputatı, SOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində işləyib. Bundan əvvəl ekologiya və təbii sərvətlər naziri isə Hüseynqulu Bağırov idi.

Oxşar xəbərlər