Energetika naziri: "Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır"

  • 23 apr 2018, 11:23

"Heydər Əliyevin milli dövlətçilik strategiyasında enerji-kommunikasiya məsələləri öncül yer tuturdu".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlamış Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa regionunun enerji təhlükəsizliyinin təminatçısıdır: "Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Asiya və Avropa regionunu uzun müddət bir-biri ilə əlaqələndirəcək. Düşünürəm ki, bu forumda energetikanın gələcək inkişafı ilə bağlı suallara aydınlıq gətiriləcək".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır: "Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı bərpa olunan enerji mənbələrinə də diqqət göstərir. Bu isə bir enerji mənbəyindən asılılığı azaldır".

Oxşar xəbərlər