RAMİZ MEHDİYEVİN 80 İLLİK YUBİLEYİDİR

  • 16 apr 2018, 17:01

Azərbaycan Respublikasının dövlət və siyasi xadimi, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Ənvər oğlu Mehdiyevin 80 yaşı tamam olur.

Bu gün Prezident İlham Əliyevin fərmanı ilə Ramiz Mehdiyev 80 illik yubileyi münasibətilə səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib. R.Mehdiyev daha əvvəl – 17 aprel 2008-ci ildə 70 illik yubleyi münasibətilə "İstiqlal” ordeni, 2013-cü ildə isə "Şərəf” ordeni ilə ilə təltif edilib.

Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki böyük xidmətləri əksəriyyət tərəfindən etiraf olunan 80 yaşlı R.Mehdiyevin, Prezidentin inauqurasiyasından sonra təqaüdə göndərilib-göndərilməyəcəyi böyük maraqla gözlənilir.

TƏRCÜMEYİ-HALI

Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də anadan olub. Orta təhsilini Naxçıvan MR-in Şərur rayonunun Qarxun kəndində alıb.

R.Mehdiyev 1957-ci ildə – 19 yaşında Bakı Dənizçilik məktəbini bitirir və "Xəzər neftdonanma” idarəsinin gəmilərində maşinist işləməyə başlayır.

Dörd ildən sonra, 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini o zaman bolşevik S.Kirovun adını daşıyan Azərbaycan Dövlət Universitetinə verir və tarix fakültəsinə daxil olur. Tələbəlik zamanı fəal komsomolçu kimi tanınan R.Mehdiyev, o dövr üçün böyük uğur sayılacaq karyera sıçrayışı edir. 1965-ci ildə unversitetin beşinci kurs tələbəsi olan Ramiz Mehdiyev, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin (LKGİ MK) tələbə şöbəsinə təlimatçı vəzifəsinə təyin edilir.

r03

Gənc komsomolçunun təlimatçı vəzifəsində apardığı iş qaneedici olduğundan onu irəli çəkirlər. Universiteti bitirdikdən sonra onu Naxçıvana Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə göndərirlər. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi işləyir.

Naxçıvanda komsomolunda karyerasını başa vuran R. Mehdiyev, elm sahəsinə üz tutur. O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin aspiranturasına daxil olur. Bununla da R.Mehdiyevin həyatının "Moskva dövrü” başlanır. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

Elə həmin il – 1972-ci ildə Azərbaycana qayıdan R.Mehdiyev, vaxtilə oxuduğu ali məktəbdə işə düzəlir. ADU-nun "Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir.

1366179991_photo (1)

Kommunist Partiyasının üzvü olan R.Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edir. Mərhum Heydər Əliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlir. O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. Buradakı fəaliyyəti ilə etimad qazanan Mehdiyev iki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.

1978-ci ildə isə Bakının ən böyük və strateji rayonu olan 26 Bakı komissarı (indiki Səbail) rayon Komitəsinin birinci katibi təyin edilir. İki il burada işlədikdən sonra R.Mehdiyev yenidən Mərkəzi Komitəyə qayıdır.

1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunur. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işini təşkil edən ən mühüm posta – Azərbaycan KP MK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edirlər. 1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilir.

1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edir. Ramiz Mehdiyev Azərbaycan KP MK katibi vəzifəsindən azad olunur.

Buna görə də R.Mehdiyev Milli Elmlər Akademiyasına gəlir. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutunda şöbə müdiri işləyir. 1993-cü ildə müdafiə edərək, fəlsəfə elmləri doktoru dərəcəsini alır.

1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Ramiz Mehdiyevi unutmur. Prezident 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edir.

1397711683_vasv

O, eyi zamanda elmi fəaliyyətini də davam etdirib. 2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib. 100-dən çox elmi əsərin müəllifi olan R.Mehdiyev, 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.

2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq R.Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir.

Həqiqi dövlət müşaviri olan R. Mehdiyev 1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib.

R.Mehdiyevin iki övladı var. 1973-cü ildə anadan olan oğlu Timur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Psixologiya elmləri doktoru, professor olan qızı Kamilə Əliyeva isə BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

2ramiz01

Oxşar xəbərlər