Xəbər lenti
Bütün xəbərlər

Tramp Suriyaya yardımı dayandırdı

  • 01 apr 2018, 17:14
ABŞ prezidenti Donald Tramp ölkəsinin Suriyadakı silahlı birləşmələrini yaxın zamanda geri çəkəcəyini açıqlamasının ardından yeddi ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyaya 200 milyon dollarlıq maliyyə yardımını da dondurub.

Wall Street Journal-ın yazdığına görə, ABŞ prezidenti bir müddət öncə vəzifəsindən azad etdiyi xarici işlər naziri Reks Tillersonun söz verdiyi yardım fondu ilə bağlı bir xəbər oxuduqdan sonra bu qərarı alıb.

Ağ Evin iki səlahiyyətli nümayəndəsi sözügedən məlumatı təsdiqləyib və bildiriblər ki, maliyyə yardımı Vaşinqtonun Suriyada gələcəkdə oynayacağı rolun dəyərləndirilməsi mərhələsi çərçivəsində dondurulub.
Oxşar xəbərlər