Roma Papası: “Cəhənnəm yoxdur”

  • 30 mart 2018, 22:44

Ateist jurnalist Eucenio Skalfari ilə söhbətində Roma Papası bildirib ki, cəhənnəm mövcud deyil.

Virtualaz.org "La Repubblica” nəşrinə istinadən xəbər verir ki, Papa jurnalistə bildirib: "Tövbə edənlər Tanrı tərəfindən bağışlanırlar. Tövbə etməyənlərin isə günahları bağışlanmır və onlar, sadəcə olaraq, yox olurlar. Cəhənnəm yoxdur, yalnız günahkar ruhların yox olması var”.

KİV bildirir ki, cəhənnəmin olmaması iddiası katolik xristianlığın əsaslarına ziddir. Cəhənnəm bütün müqəddəs kitablarda günahkar insanların əzab çəkdiyi yer kimi təsvir olunur.

Oxşar xəbərlər