Rusiyada meşə yanğınlarının sahəsi 600 hektara çatıb

  • 27 mart 2018, 07:31

Rusiyanın Zabaykalye diyarında meşə yanğınlarının sahəsi sutka ərzində 42 hektar artaraq 600 hektara çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda yanğınlar Akşinsk, Aleksandrovo-Zavodskoy, Nerçinsko-Zavodskoy və Çita bölgələrində tüğyan edir.

Yaşayış məntəqələrinə təhlükə olmadığı bildirilir. Hazırda yanğının söndürülməsinə 138 yanğınsöndürən və 31 ədəd texnika cəlb edilib.

Demokratik.Az

Oxşar xəbərlər