Rusiyada güclü yanğın: 53 ölü - FOTO + VİDEO

  • 26 mart 2018, 12:10

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 53 nəfərə çatıb.

09:07

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 48 nəfərə çatıb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

Yanğın nəticəsində həlak olan 19 nəfərin meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.

Hadisə zamanı 48 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

00:21

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.

25.03.2017 23:49

Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı artıb.

Oxu.Az-ın xəbərinə görə, yanğın nəticəsində daha beş nəfərin meyiti tapılıb.

Bununla da, ölənlərin sayı 12-yə çatıb.

Xəsarət alanların sayı isə 43 nəfər qədər artıb.

19:53

Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı artıb.

Oxu.Az-ın xəbərinə görə, yanğın nəticəsində beş nəfər ölüb.

Onlardan üçü qadın, biri uşaq, biri isə kişidir.

 

17:01

Rusiyada ticarət mərkəzindəki yanğında ölənlərdən biri qadındır.

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib:

"İlkin araşdırmalara görə, yanğın zamanı öləndən 3-ü uşaq və 1-i qadındır. Daha 26 nəfər yaralanıb. Onlar şəhərdəki tibb mərkəzlərinə müraciət ediblər. Bununla yanaşı, FHX əməkdaşlarının yanğının söndürülməsilə bağlı işləri davam edir”.

S.Petrenkonun sözlərinə görə, yanmış cəsədlər oyun meydançasında aşkar edilib.

15.52

Kemerovada yerləşən "Qış albalısı” ticarət mərkəzində baş verən yanğında dörd uşaq həlak olub.

Bu barədə regionun Fövqəladə Hallar Xidmətindən məlumat verilib.   

Uşaqlar yanan maddələrin tüstüsündən vəfat edib.

Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, yanğın yuxarı mərtəbədə başlayıb. Belə ki, həmin mərtəbədə kino zal və uşaq oyun meydanları yerləşir.

20 nəfər xilas edilib. 100 nəfər isə təxliyyə olunub.


Oxşar xəbərlər