Xəbər lenti
Bütün xəbərlər

İstanbulda İŞİD-in 14 üzvü saxlanılıb

  • 23 mar 2018, 15:37

İstanbul polisinin keçirdiyi son antiterror əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 14 üzvü saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün İstanbul Polis İdarəsinin yaydığı xəbərdə qeyd edilib.

Məlumatda bildirilir ki, əməliyyat İstanbulun 9 rayonunda aparılıb. Əməliyyatın hazırda da davam etdiyi qeyd edilir.

Polisin yaydığı məlumata əsasən, saxlanılanlar İraq, Suriya və Yəməndə doyüşlərdə aktiv iştirak etmiş şəxslərdir.

Oxşar xəbərlər