Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Sumqayıtda "JEK" işçisini öldürüb meyitini... - dəhşətli qətl
Sumqayıtda "JEK" işçisini öldürüb meyitini... - dəhşətli qətl
- 21 mart 2018, 00:42
Bakı Ağır Cinayətlər Məhkəməsində "JEK” işçisi Nuridə Həsənovanı öldürməkdə təqsirləndirilən Firuz Nəsiblinin məhkəməsi başlayıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə mərhum qadının həyat yoldaşı Paşa Qənbərov da iştirak edib.
Proses martın 30-da davam etdiriləcək.
İttihama görə, 2017-ci ilin noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Qeyd edək ki, qətlə yetirilən N.Həsənova Sumqayıtda Mənzil İstismar Sahəsində (JEK) işləyirmiş.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Qızıl Məryəm"i öldürən qızına və sevgilisinə hökm oxundu- 47 il
“Qızıl Məryam”ın məhkəmə işində yeni gəlişmə
"Qızıl Məryəm"i öldürənlərin adları - Siyahı
Baş Prokurorluq Sumqayıtda baş verən hadisə barədə məlumat yayıb
Jurnalisti döyüb öldürənlərin məhkəməsi başladı - Foto
Bıçaqlanan şəxsə cinayət işi açıldı
Cavid Hüseynovun bəraət istəyi rədd edildi-Jurnalistin ölümü
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti