Xəbər lenti
Bütün xəbərlər

“AST Telman” Antalyadakı otelini ucuza satır

  • 18 mar 2018, 10:29
"AST Telman” adı ilə tanınan, Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı qalmaqallar səngimir.

Demokratik.Az xəbər verir ki, İsmayılovun Türkiyənin kurort zonası Antalyadakı "Mardan Palace” oteli satışa çıxarılıb.

7 ulduzlu otelə 400 milyon dollar qiymət qoyulub. Oteli "Rixos” otellər şəbəkəsi almaq istəyir. Otel isə iş adamına 1 milyard 400 milyon dollara başa gəlib.

.....................................

Azərbaycanlı milyonçu Telman İsmayılov Antalyadakı 7 ulduzlu "Mardan Palace" otelini satlığa çıxarıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, oteli "Rixos" otellər qrupu almaq istəyir. Məlumata görə, "Mardan Palace"a 400 milyon dollar qiymət qoyulub.
 
 
Xatırladaq ki, otelin açılışı 2009-cu il mayın 23-də olub. "Mardan Palace" Telman İsmayılova 1 milyard 400 milyon avroya başa gəlmişdi. 

Demokratik.Az

Oxşar xəbərlər