"Evimə soxulublar, çıxmırlar": Bakı sakinindən ŞOK ŞİKAYƏT

  • 09 mar 2018, 12:23

"Demokratik.Az"a feysbuk istifadəçisi Nərminə Məmmədova tərəfindən şikayət daxil olub. Şikayətçinin gileyi mənzil problemi ilə bağlıdır. N.Məmmədovanın yazdığına görə, onun evi tanımadığı şəxslər tərəfindən uzun illərdir "işğal" edilib, döymədiyi dövlət qapısı, müraciətsiz qoyduğu bir qurum qalmayıb. Lakin şikayətçinin şikayəti havadan asılı qalıb, məhkəmələrin qərarları belə şikayətçi üçün ədalətsiz sayılır.

"Demokratik.Az" vətəndaşın müraciətinin olduğu kimi ictimailəşdirilməsini vacib bilir. İnanırıq ki, əlaqədar şəxslər müraciətin araşdırılmasında, şikayətçinin problemlərinin həllində yardımçı olacaq!

"1974-cü ildə mən 17 yaşımda azyaşlı tikişçi kimi Gəncədə tikiş fabrikində işə başladım. Qabaqcıl işçi kimi məni ali təhsil almaq üçün elə Gəncədə yerləşən Azərbaycan Texnologiya İnstitutuna göndərişlə göndərdilər.1989 cu ildə əyani şöbəni bitirdim və məni Bakıya Volodarski adına tikiş fabrikasına təyinatla gənc mütəxəssis kimi göndərdilər. O illərdə fabrikanın müdirəsi Şişkina soyadl qadın idi. Yüngül Sənaye Nazirinin verdiyi vəsiqə əsasında işlə və mənzillə təmin etdilər. Həmkarlar təşkilatının iclası ilə məni yüngül sənaye işçiləri üçün tikilən yataqxanada 29 saylı mənzildə yerləşdirdilər və mühəndis işləməyə başladım...

28 ildir bu mənzildə yaşayıram və kommunal xərcləri özüm ödəyirəm...2009 cu ildə mən mənzildə olanda 5-6 nəfər tanımadığım adamlar mənzilə dolub az qalırdılar məni döysünlər ...1983 cü il təvəllüdlü Ələt qəsəbə sakinini 1975 ci il təvəllüdlü arvadını və bir yaş yarım olan uşağı otağa yerləşdirib getdilər...2010 cu il yanvarın 20 də onlar mənzilin dəhlizini ortadan hördülər.

Mən məhkəməyə verdim, hakim və ekspert mənzilə baxış keçirtdilər və məhkəməni uddum. Hakim qarşı tərəfə dedi gedin özbaşına tikdiyiniz kərpicdən olan arakəsməni sökün və qapını əvvəlki yerinə qoyun. Və qərardadda yazıldıki bir də bu qapıya əl vurmaq olmaz....iş icra olundu...2012 ci ildə mən taxta qapımı dəyişib əvəzinə dəmir qapı düzəltdirdim.Mənzilimi zəbt edənlər mənim nəinki mənzilimə, hətta Nəsimi rayonuna aid heç bir sənədi olmadığı üçün mənzilə girə bilmədilər. Məhkəməyə verdilər hakim mənimona qaoı ilə bağlı xitam olunmuş qətnamə vəqərardadları verdiyimə baxmayaraq və mənim mənzilə baxış keçirtməyini xahiş etsəm də mənzilə baxış keçirtmədən qətnamə çıxartdı ki qadın və ailə üzvü (MM 57 ci maddə pozuldu )ilə 29a saylı mənzilə istifadə hüququ təmin edilsin...dəmir qapı sökülsün onlar sanitar qovşağın yanındakı mənzilə yerləşdirilsin...Əgər 29 saylı mənzildə 29a saylı mənzil də olsaydı 2011-2012 ci illərdə 180 ci maddə ilə, yəni qarşı tərəfin özbaşına tikdiyi arakəsmə onların öz hesabına sökülməzdi...

Həm də qarşı tərəfnə üçün 26-08- 2016 cı ildə mən işə gedəndə mənzilimə basqın edib dəmir qapımı və divarını qırıb əşyalarımı oğurlayıb,qalanlarını sındırıb yararsız hala salıblar.. Hal hazırda 1 il 6 aydır ailə mənim otağımı və hamamımı zəbt edib yaşayırlar Onsuzda qismən kommunal şəraitli mənzilimi pis günə qoyublar Mənim yatmağa yerim yoxdur....Onlar mənə deyirlər :"öz evim var buranıda arvadımın köçkün adından istifadə edib hökumətdən qoparırıq vəzifəli adamlarımız var Biz hamını :məhkəmələri,icraçıları ,polisləri,prokurorluğu və s. PULLA almışıq .Ay yazıq biz sənin nəinki mənzilini hətta əşyalarını götürəcəyik...Biz mərhələ -mərhələ iş görürük. Sənin qollarını qandallayıb aparacağıq. Səni beləcə çərlədib öldürəcəyik."Sizdən xahiş edirəm mənə kömək edin. Demək olar ki hər gün dalaşırıq.

3 azyaşlı uşaqların səsi bütün binanı götürür..Mənim heç bir dincliyim yoxdur.Mən çox sözü yaza bilmədim...Məhkəmələrə saxta arayışlar verirlər. Qadının 1993 cü ildə aldığı köçkünlık vəsiqəsi Yasamala olduğu halda 138 saylı JEK (MKİS) mühəndisi qadının yerlisi Ağalar İbrahimov arayış verir ki guya 1993 cü ildə Cavadxan küç. ev 64 mənzil 29a saylı mənzilə məskunlaşıb. Bu binada 29a saylı mənzil mövcud deyil, məndə xitam olunmış qətnamələr var...

Kömək edin..."

"Demokratik.Az"

Oxşar xəbərlər