Tovuzda Mirzəyevləri öldürənlər saxlanılıb

  • 06 mart 2018, 16:35

Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

Bu haqda musavat.com-a etibarlı mənbələrdən məlumat daxil olub. 
Məlumatda bildirilir ki, fevral ayının 24-də rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qatilləri ifşa olunaraq saxlanılıb. Məlumata görə, qətl olayında iştirak edənlər arasında Ruhiyyə adlı qadın da olub. Dəstə üzvlərinin 5-6 nəfər olduqları deyilir. Bildirilir ki, onlardan biri Fərman Məmmədovun oğlunun dostudur. Mənbə onu da bildirir ki, saxlanılanlar arasında "Krokodil ” ləqəbli xalça alverçisi də var.

Musavat.com-un əldə etdiyi məlumata görə Ruhiyyə Fərman Məmmədovun bacısının nəvəsidi. Cinayətdə şübhəli bilinən qadın Tovuzda tanınmış həkimlərdən birinin nəvəsidi.

Xatırladaq ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti mərhum Ramiz Mirzəyevin bacısıdı. 

Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a deyilib ki, bu haqda istintaqda heç bir məlumat yoxdur.

Oxşar xəbərlər