Gəncədə intihar cəhdinin qarşısı alınıb

  • 04 mart 2018, 21:56

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə intihara cəhd olması barədə məlumat daxil olub.

Demokratik.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər polis əməkdaşlarının iştirakı ilə giriş qapısını açaraq mənzilə daxil olublar. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb. Gəncə sakininin hansı səbəbdən intihar cəhdinə əl atdığı isə açıqlanmayıb.

Demokratik.Az

Oxşar xəbərlər