Mehdi Səlimzadə görün nə ilə məşğuldur- ŞİKAYƏT+FOTO

  • 28 fev 2018, 20:34
Göyçay rayon icra başçısı Mehdi Səlimzadədən gələn şikayətlərin ardı-arası kəsilmir. Demək olar ki, hər gün müxtəlif ünvanlardan M.Səlimzadə haqda şikayət məktubu daxil olur. Onlardan biri də rayon sakinləri Əliyev Cabir Saday oğlu, Qasımov Əlövsət Nizami oğlu, Yaqubova Sona Ağalar qızı, Məmmədova Laləzar Tapdıq qızı və Xanlarov Fuad Paşa oğlu tərəfindən daxil olan məktubdur. 

Adıçəkilən şikayətçilər AFN-in redaksiyasına ünvanladıqları məktubda bildirirlər ki, icra başçısının rayonda yol verdiyi qanunsuz əməllərindən cana doyublar: "Çinarı və narı ilə dünyada şöhrət tapan Göyçayda yüzlərlə yaşı olan çinarları Mehdi Səlimzadə kütləvi şəkildə kəsdirib rayonu xarabaya çevirir. Məqsəd ağacları kəsdirib ərazini satmaq və özü üçün ticarət mərkəzləri, bazarlar açmaqdır. Göyçay şəhərinin Rəsulzadə küçəsində yerləşən musiqi məktəbini və uşaq bağçasını sökdürən Mehdi Səlimzadə yerində mənzilləri satmaq üçün hündürmərtəbəli bina tikdirir.
Mehdi Səlimzadə özünə məxsus "Təzə Bazar”ın ərazisini genişləndirmək üçün yaxınlıqdakı 100-200 yaşı olan böyük çinar ağaclarını bir gecədə kəsdirib yox etdirib. Başçı kənd icra nümayəndələrini və bələdiyyə sədrlərini bezdirib. Artıq 16 kəndin icra nümayəndəsi və bir o qədər də bələdiyyə sədri tutduğu vəzifədən çıxmaq üçün ərizə yazaraq icra başçısma təqdim ediblər. Xar olmuş icra başçısı onlara "işdən çıxacağınız təqdirdə evə yox türməyə gedəcəksiniz” deyərək onları hədələyib. 5 gün əvvəl İcra Hakimiyyətində keçirilən iclasda bələdiyyə sədrlərindən birinin telefonu yadından çıxıb zalda oturacağın üzərində qalıb. Telefonu icra başçısının qardaşı oğlu kadrlar şöbəsinin müdiri Səməd Cəbrayılov götürüb. İclasdan sonra bələdiyyə sədri telefonunu tapmaq üçün başqa telefonla öz nömrəsinə zəng edib. Telefonunun Səməd Cəbrayılovda olduğunu bilib onun iş otağına gəlib "çox sağ ol qardaş” deyib minnətdarlığını bildirib. Səməd Cəbrayılov onun üstünə qışqırırb "qardaş nədi, Səməd müəllim deməli idin” deyə irad bildirib. Buna görə bələdiyə sədrindən küllü miqdarda pul alıb cəzalandırıb”.
Qeyd edək ki, Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir. Şikayətçilər bildirirlər ki, Mehdi Səlimzadə Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər S.Cəbrayılovu rayonda hamı qəssab kimi tanıyıb: "Əmisinin icra başçısı təyinatından sonra Səməd Cəbrayılov Göyçay Gənclər Mərkəzinin müdiri sonra isə İcra hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirildi. Orta məktəbi güclə oxuyan Səməd Cəbrayılov latın əlifbası ilə adını belə yaza bilmir. Göyçayılıar Səmədin vəzifəyə təyinatını heyrət və gülüşlə qarşıladılar. İndi Səmədin başı anacq "Təzə Bazar”ın ərazisini genişləndirmək üçün yaxınlıqdakı yaşıl və qiymətli ağacları kütləvi qırdırmağa qarışıb. Səmədin qardaşı Əlini isə hamı ruhi xəstə kimi tanıyırdı, amma indi o, Göyçay bələdiyyəsini və şəhər sovetliyini formal olaraq idarə edir. Artıq Göyçayda ona hamı mer-qorod deyir. Ruhi xəstə olan Əlinin işi əmisinin və qardaşı Səmədin yeni fəaliyyətə başladığı "Təzə Bazar”ın gəlirini saymaq, şəhərdə olan boş əraziləri nişanlayıb satmaqdır. Göyçay Avtonəqliyyat MMC-nin şəhərin Nizami küçəsinə açılan iki qapısını əhalinin təhlükəsizliyinin təmin edilməsi adı ilə bağlatdıran Mehdi Səlimzadə sonradan paralel küçədə açdığı "Təzə Bazar”a 3 böyük qapı təşkil edib. Bu isə əhalinin həyatına həqiqətən ciddi təhlükə yaradıb. Hətta "Təzə Bazar”ın qarşısnda böyük yolda saatlarla tıxac yaranır. Bazar fəaliyyətə başlayandan orada iki piyadanı avtomobil vurub öldürüb, dəfələrlə avtomobil qəzaları baş verib”.
Azərbaycanda bütün rayonlarda icra başçıslarının başı prezident seçkilərinə qarışdığı vaxtda Göyçayda Mehdi Səlimzdənin başı bazar açmağa, qiymətli ağacları kəsdirməyə, bina tikdirməyə, idarə-müəssisə rəhbərlərini soymağa qarşıb. Məktub müəllifləri qeyd edirlər ki, M.Səlimzadənin icra başçısı, yoxsa bazar müdiri təyin olunması sualı rayonda aktualdır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


 

Demokratik.Az

Oxşar xəbərlər